Zob qalxanabənzər vəzinin davamlı böyüməsi nəticəsində yaranan bir xəstəlikdir. Zob boyunun ön hissəsində yaranan qabarıqlığa bənzəyir. Bu qabarıqlıq adətən hərəkətlidir və xəstə udqunduqca, yuxarı və aşağı hərəkət edir.
Ən çox yayılmış forma endemik zobdur, bu, qidada yod çatışmazlığı olduqda baş verir. Bəzən xəstəliyin baş verməsi hipotiroidizm, guatrogenik maddələr olan qidaların qəbulu, tiroid hormonlarının istehsalında genetik bir pozğunluq, müəyyən dərmanların qəbulu və ya tiroid vəzinin bədxassəli lezyonları ola bilər. Zob böyük olduqda, vəzi əhatə edən anatomik strukturları sıxa bilər ki, bu da udma və nəfəs almaqda çətinlik yarada bilər. Zobun əsas səbəbi yod mineralı ilə zəngin qidaların qəbul edilməməsidir. Digər səbəblərə isə: genetik faktorlar, tiroid vəzinin iltihabı, tütündən istifadə, dəmir çatışmazlığı səbəbindən anemiya və s daxildir.
Həyatın müəyyən dövrlərində hormon səviyyələrindəki dəyişikliklər də zobun yaranmasına səbəb ola bilər. Sürətli hormonal dəyişikliklərlə xarakterizə olunan yetkinlik, hamiləlik və menopoz kimi həyat mərhələləri zobun inkişaf riskini artırır. Yəqin buna görə də zob kişilərə nisbətən qadınlarda daha çox baş verir.
![](https://static.wixstatic.com/media/966cf1_9699bc77b0674044ae3b67d8ff1b13ef~mv2.jpg/v1/fill/w_980,h_654,al_c,q_85,usm_0.66_1.00_0.01,enc_auto/966cf1_9699bc77b0674044ae3b67d8ff1b13ef~mv2.jpg)
Zobun əlamətlərinə: boğaz bölgəsində görünən şişkinlik, öskürək, udqunmaqda çətinlik, nəfəs darlığı, yorğunluq, baş ağrısı, saç tökülməsi, quru dəri və s. daxildir. Bəzən zob heç bir əlamət yaratmadan da irəliləyə bilər. Xəstəliyin müalicəsində mühüm amillərdən biri erkən diaqnozdur. Düyün ölçüsü diaqnozdan sonra hansı müalicənin olacağını müəyyənləşdirir. Düyün çox böyük olduqda əməliyyat tələb oluna bilər. Ancaq erkən diaqnoz qoyulan xəstələrdə zob adətən əməliyyata ehtiyac olmadan müalicə olunur.
![](https://static.wixstatic.com/media/966cf1_8820c02054934959b6adc3f3f51c7312~mv2.png/v1/fill/w_980,h_262,al_c,q_85,usm_0.66_1.00_0.01,enc_auto/966cf1_8820c02054934959b6adc3f3f51c7312~mv2.png)
Əməliyyatdan başqa bir müalicə yolu dərmandır. Bundan əlavə, dəniz məhsulları, meyvə-tərəvəz, qoz-fındıq, yumurta kimi qidalardan istifadə etmək azda olsa zobun qarşısını alır. Xəstəliyiniz kəskinləşdikdə isə endokrinoloqa müraciət etməyiniz məsləhət görülür.
Comments