top of page
Yazarın fotoğrafıRestabyl

Göz qırpmaq, gözləri nəmləndirməkdən daha çox funksiya icra edir; Görmə siqnalının gücünü artırmağa kömək edir

ABŞ-ın Roçester Universitetində beyin və koqnitiv sahə üzrə elm adamlarından ibarət komanda göz qırpmağın gözləri nəmləndirməkdən daha faydası olduğunu, vizual siqnalların gücünü artıraraq görmə kəskinliyini qorumağa kömək etdiyini müəyyən edib.



“Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan məqalədə alimlər, bir qrup gəncin göz qırpmalarını araşdırıblar.

Bəzi tədqiqatlar göstərdi ki, göz qırpmaq beynin diqqətini, baxılan şeyə cəmləməsinə, obyektləri tanımasına və daimi vizual informasiya axınını idarə edilə bilən hissələrə bölməyə kömək edir.





Bununla belə, gözlər qırpılan zaman vizual məlumatların vaxtaşırı itirildiyi də qeyd olunub. Bir araşdırma həmçinin müəyyən edib ki, gözlər qırpılan zaman, görmə ilə bağlı sinir fəaliyyəti yavaşlayır və sonra yenidən güclənir, sinir sistemində qısa bir fasilə yaranır, bəlkə də həddindən artıq yüklənməsinin qarşısını alır.


Bu yeni araşdırmada tədqiqatçılar göz qırpmanın başqa bir məqsədə xidmət edə biləcəyindən şübhələnirdilər: görmə kəskinliyinin qorunması. Bunun olub-olmadığını öyrənmək üçün onlar 12 gəncdən görmə tədqiqatında iştirak etməyi xahiş etdilər.

Könüllülər müxtəlif kontrastlı şəkillərə baxarkən, tədqiqatçılar gözün xüsusiyyətlərini öyrənmək üçün yüksək həssaslığa malik göz izləmə cihazından istifadə ediblər. Tədqiqat qrupu müəyyən edib ki, hər bir göz qırpması retina qişasına düşən işığın intensivliyini modulyasiya edərək vizual giriş siqnalının gücünü artırmağa xidmət edir.


Tədqiqatçılar beynə gedən bu vizual informasiyada olan artımın həm qeyri-iradi, həm də iradi göz qırpılması zamanı baş verdiyini müəyyən ediblər. Onlar həmçinin, göz qırpmanın beynə göndərilən vizual informasiyanı yenidən formatlamağa kömək etdiyinə dair sübutlar da tapıblar.


54 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Commenti


bottom of page