Bu məqaləmizdə sizə 6 “superqəhrəman” xəstəliyini tanıdacayıq.
Soyuqdəymə və ya qrip hərkəsə əziyyət verən bir xəstəlikdir. Bu xəstəliyə tutulan zaman çox narahat oluruq. Burun axıntısı, halsızlıq, qızdırma və başağrısı kimi hallar yaşayırıq. Amma buna görə çox da şikayət etməməliyik. Bu xəstəlik təxminən 1 həftə içində keçib gedir. Bəs xroniki xəstəlikləri olan və bu xəstəliklərdən ömür boyu əziyyət çəkən insanların hansı çətinlikləri yaşadığını təsəvvür edə bilirsiniz?
Xəstəliklər adətən bizə narahatlıq verən pataloji hallardır. Ancaq bəzi insanlarda olan xəstəliklər kənardan baxan insanlar üçün bir üstünlük kimi görülür. Bu məqaləmizdə nadir görülən və mütəxəssisləri təəccübləndirən, digər insanlar tərəfindən isə superqəhrəman kimi görülən 6 xəstəliyə nəzər yetirəcəyik.
1......Super yaddaş
Bu xəstəliyin tibbi adı hipertimeziyadır və bu bir yaddaş pozuntusudur. Bu xəstəlik, insanın həyatındakı hadisələri ən xırda detalına qədər xatırlamasına səbəb olur. Dünyada bu diaqnozun qoyulduğu sadəcə 60 insan var. Belə xəstələr həyatlarının hər hansı bir gününü ən kiçik detalına qədər danışa bilir. Hətta uşaqlıq dövrlərində yaşadıqları ən dərin xatirələri belə xatırlayırlar. Bəs bu tip insanlar illər öncə oxuduqları kitablardan uzun məqalələri danışa bilərmi? Bəli. Belə insanlar illər öncə oxuduqları kitabları da böyük incəliklə xatırlayırlar. Bu insanların şanslı olduğunu və bu xəstəliyin onlara bir hədiyə olduğunu düşünürsünüz? Məncə məncə birdaha düşünün. Hipertimeziya xəstələri öz xatirələrini dəyişdirə bilmirlər və bəzi xoşagəlməz xatirələri də heçvaxt unutmurlar. Sözün əsl mənasında bu insanlar heçnəyi unutmurlar. Avstraliyalı bir yazar olan Rebecca öz xəstəliyi haqqında danışarkən körpəliyində çəhrayı bir ədyala necə büküldüyünü danışmışdır. Bu zaman o 7 günlük olubmuş. 7 ay yox, 7 həftə yox tam 7 gün. Heçbir yanlışlığa yol vermədən Harry Potter kitabından uzun hissələri danışa bilir. Ancaq bu gənc qadın himertimeziyasına elədə yüksək qiymət vermir. Bu xəstəlik səbəbində o, müntəzəm başağrıları, yuxusuzluq və tez yorulma kimi problemlər yaşayır.
2. Ağrı hiss etməmək
Doğuşdan analgeziya, bir insanın ağrı hiss etməməsinin tibbdəki adıdır. Bu xəstəliyin çox nadir olmasına baxmayaraq İsveçdə bir kənddə 40 nəfərdə müşahidə edilmişdir. Bu hal nə ilə izah edilə bilər? Bəlkə də qidalanmaları ilə bağlıdır. Bəlkə də ilk baxışda bu halın X-men-in xüsusiyyəti olduğunu düşünə bilərsiniz. Öz fikrinizi rəylərdə bildirin. Bu sindrom zamanı zehni və ənli sağlamlığa heçbir təsir etmir. Xarici görünüşlərində də heçbir dəyişiklik olmur. Sadəcə olaraq bu şəxslər heçbir ağrı hiss etmir. Uzaqbaşı kiminsə ona toxunduğunu hiss edə bilər. Real həyatda bu hal çox təhlükəlidir. Adətən bədənimizdə hər hansı bir problem olan zaman bizi ağrılar vasitəsiylə xəbərdar edir. Bu ağrısızlıq vəziyyəti isə insanın önəmli xəstəliklərini nəzərdən qaçırmasına səbəb ola bilər. Onlar bədənlərinin “yardım çığırtılarını” eşitmirlər. Bu xəstəlik xüsusən balaca uşaqlar üçün təhlükəlidir. Çünki onlar oyun oynayan zaman özlərinə bir sıra xəsarətlər yetirə bilərlər. Məsələn bilmədən gözlərinə xəsarət yetirə, öz dillərini dişləyə və ya hansısa sümüklərini sındıra bilərlər. Ancaq bunun fərqinə belə varmazlar. İnanmıram ki, bu halın yaxşı olduğunu düşünəsiniz.
3. Hərşeyi bacarmaq xəstəliyi
Savant sindromu nadir rast gəlinən bir sindromdur, autizm və ya Asperger sindromu kimi inkişaf pozuntularında meydana çıxan tipik pozuntudur. Bu sindroma sahib insanlar musiqi, rəsm, yazı, hesablama, xəritə çəkmə, 3D modellərin düzəldilməsi işlərində olduqla bacarıqlıdırlar. Bu insanlar üçün, 3 rəqəmli ədədlərin birbirinə vurulmasının cavablarını və ya hər hansı bir tarixin həftənin hansı gününə düşdüyünü demək çox asandır. Məsələn, Savant sindromuna sahib olan məhşur ingilis memarı Stephen Wiltshire Londonun üzərindən sadəcə bir uçuşdan sonra bu şəhərin xəritəsini tam dəqiqliklə çəkə bilib. Bir çox insan Savantları dahi adlandırır və qismən haqlıdırlar. Bu sindroma sahib insanların bəzi sahələrdə həqiqi bacarıqları var. Ancaq bu tip dahi xüsusiyyətlərinə baxmayaraq xəstələrdə zehni çatışmazlıq səviyyəsinə varan problemlər olur. Forrest Gump filmi savant sindromuna gözəl bir nümunədir.
4. Üşüməmək
Bir çox insan soyuğa dözümlü ola bilər amma bəziləri ümumiyyətlə heçbir reaksiya vermirlər. Bu insanlar çox aşağı dərəcələrə belə dözüm göstərə bilirlər. Hollandiyalı bir nəfər buzla dolu vannanın içində 120 dəqiqə dayana bilib. Bir şortla hündür bir dağa dırmaşıb. Donmuş göllərin buzlarının altında üzür. Mütəxəssislər bu insanın bənzərsin bir fenomen olduğunu düşünür.
5. Qorxusuzluq
Nadir rast gəlinən bir xəstəlik zamanı genetik pozuntu nəticəsində insan tamamiylə qorxu hissini itirir. Dünyada 300 nəfərdə müşahidə edilib və bunların 4-də biri Cənubi Afrikadandır. Bu xəstələrdən ən məhşuru Amerikalı bir qadın olduğu üçün ona Qorxusuz Qadın deyilir. Adını gizli saxlamaq məqsədi ilə bu qadını SM kimi adlandırırlar. Araşdırmaçılar onu qorxutmaq üçün müxtəlif metodları sınayıblar. Onun əlinə zəhərli hörümçək və ilanlar verilib. Elm adamları onunla görüşüb qorxu filmlərinə baxıblar. Ancaq bütün səylərinə baxmayaraq onu qorxuda bilməyiblər. Qadın, başına gərəl bir çox təhlükəli hadisənin belə onun qarxusuna səbəb olmadığını bildirmişdir. Bu qadının xəstəliyini araşdıran elm adamları onun bu vaxta qədər həyatda qalmasına təəccüblənirlər.
6. Vampir pozuntusu
Bu xəstəliyin tibbi adı Hipohidrotik ektodermal displaziyadır. Bu xəstəlikdən əziyyət çəkən insanların adətən ucu sivri dişləri olur. Bu xəstələr çox zəif olur. Solğun dəriləri və gözətrafında qaraltılar olur. Dişləri çox zaman ucu sivri şəkildə və saçları olmur. Bu xəstələrin ən böyük çətinliyi, onların kənardakılar tərəfindən vampir hesab edilmələri deyil. Bu insanlar bədən temperaturlarını tez tez yoxlamalı və gün işığından qorunmalıdırlar. Onlar üçün isti havalardan qorunmaq həyati önəmə sahibdir. Niyə? Çünki, Bu xəstəliyə sahib insanların tər vəziləri olmur. Bildiyiniz kimi tər vəzilərinin əsas funksiyası bədəni sərinlətməklə temperaturumuzu tənzimləməsidir. Biraz qəribə səslənsə də, bu xəstəliyə yoluxduqdan sonra Michael Berryman qorxu filmlərində oynayaraq kariyerasında yüksəlmişdir. Artıq, vampirlərlə bağlı hekayələrin hardan qaynaqlandığını bilirsiniz.
Comments