Yuxu orqanizmin ilkin tələbatlarından biridir. Gün ərzində orqanizm aktiv fəaliyyət nəticəsində yorulur və yaranan izafi enerjini yuxu ilə qismən təmin edir. Yuxu prosesi ləng yuxu və tez yuxu fazalarından ibarətdir. Hər bir fazada orqanizm fərqli fəaliyyət göstərir. İnsan yatan kimi ləng yuxuya gedir. Ləng yuxu fazasında tənəffüs, nəbz, bədən temperaturu azalır, maddələr mübadiləsi zəifləyir, yuxugörmə aydın olmur və yuxu yadda qalmır.
Ləng yuxu 1-1,5 saat davam edir. Ləng yuxuda oyanan insanlar daha əsəbi halda olurlar. Buna səbəb orqanizmin passiv vəziyyətdə oyaq olmasıdır. Səhərə yaxın artıq insan tez yuxu fazasına keçir. Tez yuxu fazasında tənəffüs tezləşir, ürəyin işi güclənir, maddələr mübadiləsi sürətlənir, əzələlər yığılır və simpatik sinir başlıca rol oynayır. Tez yuxu fazası 10-15 dəqiqə davam edir, səhərə yaxın isə 25-30 dəqiqə olur. Bu fazada yuxu görmə aydın olur və yuxu yadda qalır.
Bir çox hallarda ləng yuxu fazasında oyandıqda insanlarda yuxusuzluq halları özünü büruzə verir.
Yuxusuzluq zamanı insan orqanizmi zəifləməyə, gücsüzləşməyə doğru yol alır və müəyyən xəstəliklər artıq baş qaldırır. Orqanizmdə yuxu fazalarının düzgün yerdəyişməsi baş vermədiyinə görə, o öz müqavimətini itirməyə başlayır. Artıq “Yuxusuzluq” adlandırdığımız faktor özünü büruzə verir. Yuxusuzluq bir çox xəstəliyin ilkin əlamətidir.
Çünki, ağrı və digər simptomlar orqanizmin normal fəaliyyətinə imkan vermir.
Yuxusuzluq halları orqanizmlə yanaşı, sosial şəraitdə baş verən hadisələr və psixi vəziyyətlə əlaqədardır. Sosial aktivlik bəzi hallarda yuxu rejimi və digər istirahət yönümlü fəaliyyətlərdən ön plana keçir. Bu isə zəif, yorğun və əzgin bədənə və yanlış gün ritminə səbəb olur. Yuxusuzluq həmçinin davranış və ünsiyyətdə özünü kobud rəftar və səbrsizlik ilə büruzə verir. Diqqət pozğunluğu, yaddaşın get-gedə zəifləməsi bir əşyaya həddindən artıq çox baxmaq bu yuxusuzluqda özünü büruzə verən başlıca faktorlar arasındadır.
Yuxu orqanizmə qida və su kimi vacib olan təbii ünsürdür. Lakin bəzən bizdən asılı olmayaraq yuxuya gec getmə və ümumiyyətlə gedə bilməmək kimi hallarla qarşılaşırıq. Bu halların qarşısını almaq üçün ən təbii vasitə olaraq Restabyldən istifadə edə bilərsiniz.
Restbyl-in istifadə qaydası ilə buradan tanış ola bilərsiniz.
Comentarios