top of page
Yazarın fotoğrafıRestabyl

Xərçəng xəstəliyi necə yaranır?

Güncelleme tarihi: 12 Eki 2023

Hər bir orqanizm müstəqil fəaliyyət göstərir və yaranan yad cisimlərə qarşı özünü müdafiə edir. Ümumiyyətlə, orqanizmdə mənfi hal yarandıqda müəyyən ağrı və temperatur kimi göstəricilərlə bu halı büruzə verir. Temperatur qalxması yad cismə qarşı müdafiəni həmçinin ağrı hissi də orqanda yaranan zərəri xəbər vermək üçün həyəcan təbili çalır.
Bəzən orqanizmdə mutasiyalar baş verə bilər. Bəzi mutasiyalar nəticəsində orqanizmdə müəyyən şişlər əmələ gəlir. Bu şiş bədxassəli və xoşxassəli olmaqla iki yerə ayrılır. Bədxassəli şiş dedikdə, ilk olaraq ağlımıza xərçəng xəstəliyi gəlir. Xərçəng xəstəliyi hüceyrələrin sürətlə bölünməsi və yeni yaranan hüceyrələrin ölməməsi nəticəsində yaranır. Bununla da şiş zaman keçdikcə böyüməyə başlayır. Xərçəng xəstəliyi zamanı xalq arasında "ximiya" adlandırılan kimya terapiya üsulu kimyəvi zəhərdir. Bu zəhər xərçəng hüceyrələrinin ölümü üçün tətbiq olunur, lakin bu nisbi bir haldır. Yəni, xərçəng hüceyrələri ilə yanaşı orqanizmdə olan digər hüceyrələrdə bu zaman məhv ola bilir.
Ümumiyyətlə, kimya terapiyaya daha sürətlə bölünən hüceyrələr çox həssasdır. Məsələn, saçdakı hüceyrələr yüksək tezliklə bölünmə qabiliyyətinə malikdir, buna görə də, kimya terapiyadan sonra saçların tökülməsi saç folikullarının məhvindən sonra başlayır. Həmçinin, xərçəng xəstəliyində immun sisteminin aşağı düşməsi müşahidə olunur. Bu orqanizmdə immun sistemində antigenlərə qarşı fəaliyyət göstərən T hüceyrələrinin ölümünə səbəb olur və immun sistemi bu xəstələrdə aşağı düşür.
Hər bir xəstəliyin sağalmasında ilkin addım sağalacağımıza olan inamdır. İlk olaraq müalicə ilə bərabər qidalanmağı qorumaq lazımdır. Orqanizmə daxil olan qidanın böyük hissəsi xərçəng hüceyrələri tərəfindən qəbul olunur. Xərçəng xəstəliyində ən təsiredici qida ünsürü olaraq acı badam əvəzolunmaz vasitədir. Belə ki, xərçəng hüceyrələri ilk olaraq badamdakı şirin hissəyə doğru yönəlir, lakin maddənin sonunda olan sianid radikalı zəhərlidir və xərçəng hüceyrələri sianidlə qidalandıqda bu onların ölümü ilə nəticələnir. Hər kəs bir həftə ərzində azı 3-4 acı badamla qidalanarsa, bu xərçəng olma ehtimalını azaldır.
Xəstəliyə qarşı mübarizə ilk olaraq inamdan başlayır, özümüzü sevək və özümüzü qoruyaq. Unutmayın ki, onun bizdən başqa heç kimi yoxdur!







74 görüntüleme1 yorum

Son Yazılar

Hepsini Gör

1 Comment


amansizhekim
Aug 25, 2023

maraqlı məlumatdır

Like
bottom of page