top of page
Yazarın fotoğrafıRestabyl

Nadir bir xəstəlik insanların “şeytan” simasında görünməsinə səbəb olur.

Bu xəstəlik, üzlərin təhrif olunmuş formada görünməsinə səbəb olur. “İlk düşüncəm o oldu ki, mən dəhşətli bir dünyaya göz açmışam” dedi xəstə.



Viktor Şarrah həmişə kəskin görmə qabiliyyətinə malik idi. Lakin 2020-ci ilin noyabrında o, anidən, ətrafdakı insanların üzlərinin şeytani göründüyünün fərqinə vardı.


Qulaqları, burunları və ağızları geriyə çəkilmiş, alınlarında, yanaqlarında və çənələrində dərin qırışlar var idi.

Tennessi ştatının Clarksville şəhərindən olan 59 yaşlı Sharrah, "-Mənim ilk düşüncəm pis bir dünyada oyandığım oldu" dedi. "Nə qədər qorxulu olduğunu təsəvvür edə bilməzsən."


Tanıdığı biri görmə qabiliyyəti zəif olan insanlara dərs deyib və onun xəstəliyinin adının prosopometamorfopsiya və ya PMO ola biləcəyini bildirib.. Bu olduqca nadir rast gəlinən nevroloji qavrayış pozğunluğu üzlərin forma, ölçü və ya rənglərinin anormal şəkildə görünməsinə səbəb olur. Sharrahda olan bu əlamətlərin PMO diaqnozu ilə uyğunlaşdığını hiss etdi və keçən il rəsmi olaraq diaqnoz qoyuldu.

Anormal simaları yalnız insanları üz-üzə görəndə müşahidə edir - fotoşəkillərdə və ya kompüter ekranlarında bu hal baş vermir.


Bu hadisə, elm adamlarına əvvəllər heç vaxt edə bilmədiyi bir şeyi, PMO olan bir insan üçün təhrif olunmuş üzlərin necə göründüyünü təsəvvür etmək imkanı verdi. Dartmut Kollecindəki tədqiqatçılar Sharrahın gördüklərinin elektron təsvirini yaratdılar. Nəticədə meydana çıxan görüntülər “The Lancet”-də dərc edilib.

Tədqiqatçılar təsvirləri müydana çıxarmaq üçün Sharrahdan, insanların fotoşəkilləri ilə onun qarşısında duran real həyatdakı insanlar arasındakı fərqləri müəyyən etməyi xahiş ediblər. Daha sonra şəkilləri Sharrahın təsvirinə uyğunlaşdırmaq üçün şəkil redaktə proqramından istifadə ediblər.


PMO simptomları adətən bir neçə gün və ya həftədən sonra yox olur, lakin bəzi hallarda illərlə davam edə bilər. Sharrah hələ də şeytani üzlər gördüyünü bildirir.

PMO diaqnozu ilə bağlı indiyə qədər qeydə alınmış xəstə sayı 100-dən azdır. Tədqiqatçılar buna nəyin səbəb olduğunu tam başa düşməsələr də, insan üzlərinin formalaşmasına cavabdeh olan beyin mərkəzinin işində pozuntudan şübhələnirlər. Bəzi hallar baş travması, insult, epilepsiya və ya miqren ilə əlaqəli olsa da, digər insanlar, beyinlərində açıq-aşkar struktur dəyişiklikləri olmadan PMO ilə üzləşirlər.

Tədqiqatçılar Şərrahın bu xəstəliyinə səbəb kimi iki mümkün faktor bildiriblər. Birincisi, bu xəstə, PMO simptomları başlamazdan dörd ay əvvəl dəm qazı ilə zəhərlənib. İkincisi, 43 yaşında ciddi kəllə-beyin travması alıb: Şarrah arxaya yıxılıb və başını betona dəyib. Tədqiqata görə, MRT görüntüləri onun beyninin sol tərəfində zədə olduğunu göstərib.


Tədqiqatın aparıcı müəllifi,Sosial Qavrama Laboratoriyasında çalışan doktorant Antonio Mello, digər insanların Sharrahdan əhəmiyyətli dərəcədə fərqli olan PMO simptomları ilə laboratoriyaya gəldiyini söylədi.

Mello deyir ki, bəzi insanlar "uşaqlıqdan etibarən insanları eybəcər simalarda görürlər". “Ancaq belə insanlarda bu xəstəliyə səbəb ola biləcək heçbir amil tapmaq mümükün deyil”.


Tədqiqatın həmmüəllifi və Sosial Qavrayış Laboratoriyasının baş tədqiqatçısı Brad Duchaine, PMO simptomları ilə "Hər həftə və ya iki həftədən bir yeni insanların olduğunu eşidirik" dedi.

Duchaine əlavə etdi ki, laboratoriyada işlədiyi xəstələrdən bəziləri "başqalarının nə düşünəcəyindən qorxduqları üçün bu haqda heç kimə məlumat verməyiblər və ya çox az adama bu haqda danışıblar".

Mello, “- bir çox həkimin PMO-dan xəbərsiz olduğunu və bu səbəbdən də bir çox insanlara yanlış diaqnoz qoya biləcəklərini bildirir. Nəticədə bəzi PMO xəstələrinə şizofreniya və ya psixoz müalicəsində istifadə edilən, bu xəstələrə uyğun olmayan dərmanlar təyin edilir”.

PMO ilə psixoloji pozğunluqlar arasındakı əsas fərq, PMO olan insanların "dünyanın həqiqətən gördükləri kimi anormal formada olmadığını, sadəcə görmələrində problem olduğunu düşünmələridir.


Duchaine, bu yaxınlarda danışdığı başqa bir qadının da uzun burunları və sivri qulaqları olan "cadugər kimi" üzlər gördüyünü söylədi.

"O, ilk dəfə bu təcrübəni Yamaykada çimərlikdə olarkən yaşayıb. Suda dayanan iki qadına baxırmış. Bir an cadugər kimi görünüblər, bir an sonra isə yox" deyə bildirir.


Tədqiqatçılar buna izah verə bilməsələr də, Sharrah, yaşıl işığın onun simptomlarını yüngülləşdirdiyini bildirir, buna görə də bəzən ictimai yerlərdə olarkən yaşıl rəngli eynək taxır.

Başqalarının da bu vəziyyətin öhdəsindən gələ biləcəklərini bilmələrini istəyir.

"Mən özümü ruhi xəstəxanaya yerləşdirməyə çox yaxın idim" dedi Sharrah. "Əgər keçirdiyim travmaya görə kiməsə kömək edə bilsəm və insanların bu səbəbdən xəstəxanaya yerləşdirilməsinə və narkotiklərə qurşanmasına mane ola bilsəm, bu mənim bir nömrəli məqsədim olar."


Mənbə: NBC News


9 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Comments


bottom of page