top of page
Yazarın fotoğrafıRestabyl

İnsanların Həyatında Suyun Faydası

Su bədəninizin əsas kimyəvi komponentidir və bədən çəkinizin təxminən 50%-70%-ni təşkil edir. Bədəniniz yaşamaq üçün suya bağlıdır və hər bir hüceyrə, toxuma və orqan düzgün işləməsi üçün suya ehtiyac duyur. Su çatışmazlığı dehidrasiyaya səbəb ola bilər. Dehidrasiya, bədəninizdə normal funksiyaları yerinə yetirmək üçün kifayət qədər su olmadıqda baş verən bir vəziyyətdir. İnsan, suyu meyvə və tərəvəzlər kimi qidalardan da ala bilər. Bunlara: Qovun; Çiyələk; Qarpız; Kahı; Kələm; Kərəviz;

Xiyar; Balqabaq və s. kimi meyvə və tərəvəzlər daxildir.

Bir insanın içməli olduğu su miqdarı yaş, cins, çəki və fəaliyyət səviyyəsindən asılı olaraq dəyişə bilər. Su bədəndə yağların parçalanması zamanı olan lipoliz üçün də vacibdir. Bu, maddələr mübadiləsini sürətləndirməyə kömək edə bilər, nəticədə daha çox kalori yandırılır. Həmçinin su dərinizin sağlamlığını və görünüşünü yaxşılaşdırır, orqanizmininizin düzgün işləməsini təmin edir, qan təzyiqini stabil saxlayır, böyrəklərinizin qanınızı süzməsinə kömək edir. Su idmançılar üçün də vacib sayılır, çünki su, bədən istiliyini tənzimləməyə və tərləmə nəticəsində itirilən mayeləri əvəz etməyə kömək edir. Yetərsiz su qəbulu bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Bu problemlərə: Baş ağrıları; Yorğunluq; Qəbzlik; Sidik yollarının infeksiyası; Dəri problemləri və s. daxildir. Çox nadir olsa da, çox su qəbulu su intoksikasiyası və ya hiponatremiya adlanan pozğunluğa səbəb ola bilər. Hiponatremiya qanınızdakı natrium səviyyəsi son dərəcə aşağı olduqda baş verir. Su intoksikasiyası isə həddindən artıq maye qəbulu nəticəsində yaranan bir vəziyyətdir.

Suyun əhəmiyyəti haqqında gələcək məqələlərimizdə bildirəcəyik.

9 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Comments


bottom of page