top of page
Yazarın fotoğrafıRestabyl

Saç Tökülməsi: Kimlərdə Və Nə Zaman Olur?

Güncelleme tarihi: 9 Nis 2024

Saç tökülməsinin səbəbi nədir?


İrsi saç tökülməsi

Dünyada Saç tökülməsinin ən geniş yayılmış səbəbi olan irsi saç tökülməsi həm kişilərdə həm də qadınlarda meydana çıxır. Kişilərdə buna kişi tipi saç tökülməsi deyilir. Qadınlarda isə qadın tipi saç tökülməsi baş verir. Qadında və yaxud kişidə baş verməsindən asılı olmayaraq bu halın tibbi adı androgenik alopesiyadır.


Hansı termini istifadə etməyinizdən asılı olmayaraq, bu hal, saç follikullarınızın (hər bir saç telinin çıxdığı yer) kiçilməsinə və nəticədə saç böyüməsinin dayanmasına səbəb olan genləri miras aldığınızı göstərir. Follikullardakı bu kiçilmə yeniyetməlik çağından başlaya bilər, ancaq adətən, yeniyetməlikdən sonrakı dövrlərdə başlayır.


Qadınlarda irsi saç töküməsinin ilk nəzərə çarpan əlaməti adətən, ümumi olaraq nazikləşmə və ya bir nahiyənin qalınlaşmasıdır.


Kişidə irsi saç tökülməsi baş verərkən, ilk əlamət adətən, saç xəttinin geriyə çəkilməsi və ya başın təpə nahiyəsində tüksüz boşluğun yaranmasıdır.


  • Yenidən böyüməsi mümkündür?

-Bəli, müalicə saç tökülməsini dayndırmağa və ya yavaşlatmağa yardım edir. Bundan əlavə saçların yenidən böyüməsinə də yardım edə bilər. Müalicəyə nə qədər tez başlansa o qədər də yaxşı nəticə verir. Əgər müalicə aparılmazsa saçlarınızı itirməyə davam edəcəksiniz.


Yaşla bağlı tökülmə

Yaşla birlikdə birçox insan saç böyüməsinin yavaşlaması səbəbi ilə bir qədər saç tökülməsinin şahidi olur. Bir nöqtədən sonra, saç kökləri saç böyüməsini dayandırır və bu da saç dərimizdəki tüklərin nazikləşməsinə səbəb olur. Saçlar da rəngini itirməyə başlayır. Qadınlarda təbii olaraq saç xətti geri çəkilməyə başlayır.


  • Yenidən böyüməsi mümkündür?

-Erkən müalicə, bəzi adamlarda saçların yenidən çıxmasına yardım edir.


Alopesiya Areata

Alopesiya Areata, orqanizmin immun sisteminin saç köklərinə hücum edərək saç tökülməsinə səbəb olması ilə baş verən bir xəstəlikdir. Saç dəriniz, burnun içi və qulaqlar da daxil olmaqla bədənin hərhansı bir nahiyəsində tüklərin tökülməsi baş verə bilər. Bəzi insanlar kirpiklərini və ya qaşlarını itirir.


  • Yenidən çıxması mümkündürmü?

-Bəli. Saçlarınız öz-özünə böyüməsə də, müalicə ilə yenidən tüklərin çıxmasına nail olmaq mümkündür.


Xərçəng müalicəsi

Kimya terapiya alan zaman və ya baş və ya boyuna şüa müalicəsi qəbul edən

zaman, müalicəyə başladıqdan sonrakı birneçə həftə içində saçların tamamiylə (və ya bir çox hissəsi) tökülməsi baş verir.


  • Yenidən çıxması mümkündürmü?

-Saçlar adətən kimyaterapiya və ya radiasiya bitməsindən bir neçə ay sonra yenidən uzanmağa başlayır. Dermatoloqlar saçların daha sürətli böyüməsinə yardım edəcək dərmanlar məsləhət görə bilərlər.


  • Qarşısını almaq mümkündürmü?

-Hər kimyaterapiya seansından öncə, seans zamanı və sonra soyuducu başlığın taxılması saç tökülməsinin qarşısını almağa yardım edə bilər.


Doğum, xəstəlik və digər stress faktorları

Saç tökülməsinin səbəbi nədir?

Doğuşdan sonra, hasısa bir xəstəlikdən və ya əməliyyatdan sonrakı bir neçə ay

ərzində darağınızda və ya yastığınızda çoxlu sayda tük olduğunu görə bilərsiniz. Bu eyni zamanda boşanma və ya sevdiyiniz bir şəxsin ölümü kimi həyatınızda stressli bir dönəmdən sonra baş verə bilər.


  • Yenidən çıxması mümkündürmü?

-Stres bitəndən sonra orqanizm yenidən uyğunlaşmağa başlayır və bu tökülmə dayanır. Tökülmə dayandıqda bir çox insanda 6-9 ay ərzində saçlar normal dolğunluğuna qayıdır.


Saç baxımı

Saçlarınızı boyasanız və ya perma etsəniz saçlarınıza zərər vermiş olarsınız. Zaman keçdikcə bu zədələnmələr saçların tökülməsinə səbəb olur.


  • Yenidən çıxması mümkündürmü?

-Saçlarınıza baxım prosedurlarında müəyyən dəyişikliklər etməklə saç tökülməsinin qarşısını ala bilərsiniz. Bir tük follikuluna zərər verdiyiniz zaman o follikuldan bir də saç çıxmır. Zədələnmiş saç köklərinin çox olması daimi keçəlliyə səbəb ola bilər.


Saç modeli saç dərisini dartır

Saçları tez tez arxada yığırsınızsa, daima dartılmış formada qaldığı üçün qalıcı saç tökülməsinə səbəb ola bilər. Bu halın tibbi adı traksiyon alopesiyadır.


  • Yenidən çıxması mümkündürmü?

-Xeyr. Saç modelinizdə bəzi dəyişikliklər edərək tökülmənin qarşısını ala bilərsiniz.


Hormonal disbalans

Hormonal disbalansın ən geniş yayılmış səbəblərindən biri polikistik over sindromudur (PCOS). Saç tökülməsi də daxil olmaqla bir sıra digər simptomlarla yanaşı qadınların yumurtalıqlarında kistaların yaranmasına səbəb olur. Bəzi kontraseptiv (hamiləlikdən qorunmaq üçün) dərmanların qəbulunun anidən dayandırılması da hormonal disbalansa səbəb ola bilər. Hormonal disbalans olan qadınlarda tüklərin nazikləşməsi və ya tökülməsi baş verə bilər.


  • Yenidən çıxması mümkündürmü?

-Hormonal balans təmin olunduqdan sonra saçlar təkrar çıxa bilər.


Saç dərisi infeksiyası

Saç dərisi infeksiyası başın dərisində pulcuqlu və bəzi hallarda iltihablı nahiyənlərin yaranmasına səbəb olur. Baş dərisində xırda qara nöqtələrə bənzər şeylər görə bilərsiniz. Bunlar əslində saç qırıntılarıdır. Bəzi insanlarda keçəl bir nöqtə yaranır.

  • Yenidən çıxması mümkündürmü?

-Bəli, müalicə infeksiyanı sağaldır. İnfeksiya təmizləndikdən sonra saçlar uzanmağa başlayır.


Dərman müalicəsi

Bəzi dərmanlar əlavə təsir kimi saç tökülməsinə səbəb olur. Əgər hər hansısa bir dərmanın saçınızı tökdüyünü düşünürsünüzsə, bu dərmanı təyin edən həkimdən bu haqda soruşun. Həkiminizlə məsləhətləşmədən öncə dərmanın qəbulunu dayandırmamalısınız. Bəzi dərmanların ani dayandırılması ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

  • Yenidən çıxması mümkündürmü?

-Bəli.


Baş dərisinin sədəf xəstəliyi (Psoriaz xəstəliyi)

Saç tökülməsinin səbəbi nədir?

Sədəf xəstəliyi olan bir çox insanda bir müddətdən sonra saç dərisində sədəf xəstəliyi inkişaf edir. Bu saç saç tökülməsinə səbəb ola bilər.

  • Yenidən böyüməsi mümkündürmü?

-Saçlı dəridəki sədəf xəstəliyi zağaldığı zaman saçlar yenidən böyüməyə başlayır, ancaq bu biraz gec baş verir. 



Saçı yolmaq

Saç tökülməsinin səbəbi nədir?

Bəzi insanlar streslərini azaltmaq üçün saçlarını qopardırlar. Bəzən heç saçlarını dartdıqlarının fərqidə olmurlar. Bunun tibbi adı trixotillomaniyadır.



  • Yenidən çıxa bilərmi?

-Əgər tük köklərini məhv etməmisinizsə bəli. Saçınızın yenidən çıxması üçün onu qopartmağı dayandırmalısınız.






Skar alopesiyası

Saç tökülməsinin səbəbi nədir?

Bu hal, iltihabın saç köklərini məhv etməsi nəticəsində meydana çıxır. Tük follikulu əgər məhv olubsa, yerində fibroz birləşdirici toxuma əmələ gəlir və bir daha o follikuldan tük çıxa bilməz. Bir sıra amillər buna səbəb ola bilər. Bütün bu amillər nəticəsində baş verən tük töküləsi sikatrisyal alopesiya adlanır.


  • Yenidən saç çıxması mümkündürmü?

-Tük follikulu məhv olduqdan sonra yenidən tük çıxara bilməz. Bu halın əvvəl vaxtlarda aşkarlanaraq müalicə edilməsi, daha çox tük tökülməsinin qarşısını ala bilər.


Cinsi yolla keçən infeksiyalar (CYKİ)

Saç tökülməsinin səbəbi nədir?

Müalicə edilmədikdə cinsi yolla keçən infeksiya (CYKİ) saç tökülməsinə səbəb ola


bilər. Frengi (sifilis) bu infeksiyalardan biridir. Müalicə edilməzsə frengi baş dərisində, qaşlarda, saqqalda və başqa nahiyələrdə nizamsız saç təkülmələrinə səbəb olur. Digər cinsi yolla keçən infeksiyalar (CYKİ) da saç tökülməsinə səbəb ola bilər.


  • Yenidən çıxması mümkündürmü?

-CYKİ-ni müalicə etdikdən sonra saçlar bir çox hallarda yenidən çıxmağa başlayır.


Tiroid xəstəliyi

Tiroidlə bağlı bir probleminiz varsa saçlarınızın nazikləşdiyini görə bilərsiniz. Bəzi insanlar saçlarını darayarkən topa halında saçın töküldüyünü görə bilər.


  • Yenidən çıxması mümkündürmü?

-Bəli, tiroid xəstəliyini müalicə edərək saç tökülməsinin qarşısını almaq və yenidən saçların çıxmasına nail olmaq mümkündür.


Çox az Biotin, Dəmir, Protein və ya Zink

Bunlardan bir və ya bir neçəsini kifayət qədər qəbul etməsəniz nəzərə çarpacaq dərəcədə saç tökülməsi ilə rastlaşa bilərsiniz.


  • Yenidən çıxması mümkündürmü?

-Bəli. Orqanizminiz, çatışmayan qida maddələrini kifayət qədər qəbul edən zaman saçlar yenidən inkişaf edə bilər.


Sürtünmə

Çox dar papaq taxılması tüklərin zədələnərək qırılmasına, həmçinin, daimi taxılması baş dərisinin qan dövranına mane olaraq tük köklərinin qidalanmasının pozulmasına səbəb ola bilər. Bu halda da tüklərin tökülməsi müşahidə edilə bilər.


  • Yenidən çıxması mümkündürmü?

-Bəli. Səbəb olan amil aradan qaldırılarsa tüklər yenidən inkişaf etməyə başlayar.


Zəhərlər

Yavaş yavaş zəhərlənmək saç tökülməsinə səbəb ola bilər. Saç tökülməsinə səbəb olan zəhərlərə arsen, talium, civa və litiumu misal göstərmək olar. Fare zəhərinin tərkibində də olan varfarin maddəsini çox miqdarda qəbul etmək saç tökülməsinə səbəb ola bilir. Çox miktarda A vitamini və ya selen qəbulu da toksik təsir göstərir və saç tökülməsinə səbəb ola bilər.


  • Yenidən çıxması mümkündürmü?

-Bəli, zəhərli maddəyə məruz qalma aradan qalxdıqdan sonra saçlarınız yenidən uzanmağa başlayacaq.


Saç tökülməsinə səbəb olan bir çox xəstəliklər uğurla müalicə edilsə də effektiv müalicənin açarı, saç tökülməsinə nəyin səbəb olduğunu tapmaqdır. Doğru diaqnoz qoyulmazsa müalicə effektiv olmayacaq. 


67 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Comments


bottom of page