top of page
Yazarın fotoğrafıRestabyl

Qida emulqatorları xərçəng riskini artırırmı?

Qida emulqatorları ən geniş istifadə edilən qatqı maddələrindəndir. Və bu maddələr qidaların yararlılıq müddətlərini uzatmaq, forma və görünüşlərini yaxşılaşdırmaq üçün istifadə edilir. Bəs gəlin görək sağlamlığımıza nə kimi təsirləri var.


Böyük bir tədqiqat zamanı müəyyən edilmişdir ki, bəzi emulqatorların istifadəsi bir sıra xərçəng növləri, xüsusiylə süd vəzi və prostat xərçəngi riskini artırır.

Ultra işlənmiş qidalar, Avropa ölkələrində ümumi qidalanma rasionunun 30%-ə qədərini təşkil edir. Bəs ultra işlənmiş qidalara nə aiddir? Ultra işlənmiş qidalar bir sıra prosesdən keçirilmiş və adətən qatqı maddələri, məsələn, rəngləndiricilər, dadlandırıcılar və qoruyucular qatılmış qidalardır. Bu qidalardan bəziləri bunlardır:

  • Qazlı içkilər 

  • Hazır sous və suplar 

  • Kolbasa və sosislər 

  • Cips və kraketlər 

  • Paketlənmiş şirniyyatlar.


Böyük epidemioloji çalışmalar, yəni sadə dillə desək, xəstəliklə onun yaranma səbəbləri və yayılma genişliyi arasındakı əlaqəni axtaran çalışmalar, həddən artıq işlənmiş məhsullarla çox qidalanan insanlarda kardiovaskulyar xəstəliklər, diabet, obez və ölüm riskinin artmasını zatən sübuta yetirib. Bu tip qidalanma ilə adlarını sadaladığım xəstəliklər arasındakı əlaqənin mümkün səbəbi isə bu qidalardakı qatqı maddələridir. Bu qatqı maddələrinin istifadəsindəki məqsəd, qidaların arzu olunan formada qalması və yararlılıq müddətinin artırılmasıdır.


Son çalışmalar, emulqatorların, yəni qatqı maddələrinin bağırsaq mikrobiyotasını dəyişdirdiyini və zəif iltihaba səbəb olduğunu göstərmişdir. Bağırsaq mikroflorasının pozulması və xroniki iltihab, ancaq iltihabi bağırsaq xəstəlikləri riskini artırmır, eyni zamanda digər, bəzı, xroniki patologiyaların və bəzi bağırsaqdan kənar xərçənglərin yaranmasında da rol oynayır.


Bir Fransa tədqiqatı (NutriNet-Santé), 100.000-dən çox Fransız iştirakçının qidalanma vərdişləri haqqında ətraflı nəticəni ortaya qoyub. Qida rasionunda emulqatorların mövcudluğu ilə xərçəng yaranması arasında mümkün əlaqəni tədqiq edən bir analiz aparılıb. 92.000 iştirakçının məlumatlarından istifadə edilib. Və bunların 79%-i qadın olub. Orta hesabla 7 illik məlumatları toplanan bu insanlarda bu müddət ərzində 750-si südvəzi xərçəngi, 322-si prostat xərçəngi və 207-si kolorektal xərçəng olmaqla 2604 xərçəng xəstəsi müayinə edildi.

Bu qrupda, Avropada, tərkibində bəzi emulqatorlar olan qidalardan geniş istifadə edən xəstəldə xərçəng riski daha çox müşahidə edilib. Bu emulqatorlara aiddir:

  • Karagenanlar (E407) 

  • Yağ turşularının mono və diqliseridləri (E471) 

  • Pektinlər (E440) 

  • Natrium karbonat (E500)


Xüsusiylə, yağ turşularının mono və diqliseridlərinin (E471) ən yüksək istifadəsi, bütün xərçəng növlərində 15%, südvəzi xərçəngi riskində 24%, prostat xərçəngi riskində isə 46% artışa səbəb olmuşdur. Ən yüksək karagenan istifadəsi (E407), südvəzi xərçəngi riskində 285%-lik artımla əlaqələndirilib.


Menopauza vəziyyətinə görə aparılan bir analizdə, menopauza öncəsi südvəzi xərçəngi riski, difosfatların (E450; 45% artış), pektinlərin (E440; 55% artış) və natrium bikarbonatın (E500; 48% artış) yüksək istifadəsi ilə əlaqələndirilmişdir. 

Xərçəngin çox faktorlu bir xəstəlik olduğu məlumdur və sadəcə işlənmiş qidaların qida rasionundan çıxarılması xərçəng riskini əlbəttə ki, sıfıra endirməyəcək. Ancaq bu qatqı maddələrinin insan sağlamlığına heçbir faydasının olmadığı, əksinə yuxarıda sadaladığım zərərlərinin olduğu nəzərə alınmalıdır. Mümkün qədər özümüzü və ailəmizi qatqı maddələri olan qidalardan qorumağa çalışmalıyıq.



Mənbələr:

6 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Comments


bottom of page