top of page
Yazarın fotoğrafıRestabyl

Qaraciyər yağlanması

Güncelleme tarihi: 30 Kas 2023

Qaraciyər, bədəninizə qidaları həzm etməyə, enerji saxlamağa və zərərli maddələri xaric etməyə kömək edir.

Qaraciyər yağlanmasının iki əsas növü var:

• Alkoqolsuz qaraciyər yağlanması

• Alkoqollu qaraciyər yağlanması

Alkoqolsuz qaraciyər xəstəliyi nədir? Qaraciyərinizdə yağın olduğu, ancaq iltihab və ya qaraciyər hüceyrələrinin zədələnməsinin az olduğu bir vəziyyətdir.

Alkoqollu qaraciyər yağlanması isə çox miqdarda spirtli içki qəbulu nəticəsində yaranır. Nə qədər çox spirtli içki qəbul etsəniz, qaraciyərinizə bir o qədər çox zərər verərsiniz. Alkoqollu qaraciyər yağlanması alkoqolla əlaqəli qaraciyər xəstəliyinin ən erkən mərhələsidir. Sonraki mərhələlər hepatit və sirrozdur.




Alkoqolsuz qaraciyər yağlanması:

• 2-ci tip diabet xəstəliyi olan insanlarda

• Artıq çəkisi olanlarda

• Yüksək qan təzyiqi olanlarda

• Hepatit C kimi müəyyən infeksiyalara sahib olan insanlarda və s. daha çox rast gəlinir.


Həm alkoqolsuz, həm də alkoqollu qaraciyər yağlanması, adətən az və ya heç bir simptomu olmayan səssiz xəstəliklərdir. Bəzən, qarının yuxarı sağ tərəfində narahatlıq hiss ilə özünü büruzə verə bilər. Həkimlər alkoqolsuz qaraciyər yağlanması üçün arıqlamağı məsləhət görürlər. Çünki, çəki itkisi qaraciyərdə yağlanmanı, iltihabı və fibrozu azaldır. Alkoqolla əlaqəli qaraciyər yağlanmasında, müalicənin ən vacib hissəsi isə, spirt içməyi dayandırmaqdır. Bunu etməkdə çətinlik çəkirsiniz və köməyə ehtiyacınız varsa, terapevtlə məsləhətləşin.

Əgər sizdə qaraciyər yağlanması varsa qastroenteroloqa və hepatoloqa müraciət edə bilərsiniz.

6 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

コメント


bottom of page