top of page

Qanqrena nədir?

Qanqrena, bədənin müəyyən bir hissəsinə qan axınının olmaması və bakterial infeksiya nəticəsində bədən toxumasının ölümüdür. Qanqrena, barmaqlar da daxil olmaqla qollar və ayaqlarda yaranır, həmçinin əzələlərdə və öd kisəsi kimi bədən daxilindəki orqanlarda da baş verə bilər. Qan damarlarına zərər verə bilən və qan axınına təsir göstərə bilən, diabet və ya tutulmuş arteriyalar qanqrena riskini artırır. Qanqrena dəridə yarandıqda, aşağıdaki simptomlar ola bilər:

• Dərinin rəngində dəyişikliklər

• Şişkinlik

• Şiddətli ağrı, uyuşma hissi ilə müşayiət olunur

• Qanqrena yaradan sızan pis qoxulu axıntı

• Həmin nahiyənin soyuqlaşması və s.

Qanqrenaya səbəb olan mikroblar bədənə yayılarsa, septik şok adlanan bir vəziyyət yarana bilər.



Qanqrenanın səbəblərinə:

• Qan təchizatı çatışmazlığı. Qan, bədəni oksigen və qida ilə təmin edir. O, həmçinin infeksiyalarla mübarizə aparmaq üçün immunitet sistemini antikorlarla təmin edir. Düzgün qan tədarükü olmadan hüceyrələr yaşaya bilməz və toxuma ölür.

• İnfeksiya. Müalicə olunmayan bakterial infeksiya qanqrenaya səbəb ola bilər.

• Travmatik zədə. Güllə yaraları və ya avtomobil qəzaları nəticəsində yaranan yaralar, bakteriyaların bədənə daxil olmasına şərait yaradan, açıq yaralara səbəb ola bilər. Bakteriyalar toxumaları yoluxdurarsa və müalicə olunmazsa, bu zaman qanqrena baş verə bilər.

Qanqrenin bir neçə növü var bunlara:

• Quru qanqrena.

• Yaş qanqrena.

• Qaz qanqrenası.

• Daxili qanqrena.

• Fournier qanqrenası.

• Meleninin qanqrenası.

Qanqrena ciddi bir vəziyyətdir və təcili müalicə tələb edir. Bədəninizin hər hansı nahiyəsində davamlı, izah olunmayan ağrı ilə yanaşı, yuxarda qeyd etdiyimiz simptomlardan biri və ya bir neçəsi varsa, dərhal həkimə müraciət edin. Qanqrenanın müalicəsi antibiotiklər, oksigen terapiyası və qan axını bərpa etmək və ölü toxumaları çıxarmaq üçün cərrahi müdaxiləni əhatə edə bilər. Qanqrena nə qədər tez aşkar edilərsə və müalicə olunarsa, sağalma şansı bir o qədər yüksək olar.

286 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Comments


bottom of page