top of page
Yazarın fotoğrafıRestabyl

Fast food-lardakı tələ

Bildiyimiz kimi, günümüzdə “Fast food qidalar” üstünlük təşkil edir. Heç düşünmüsünüzmü demək olar ki, 10 nəfərdən 8-i üçün pizza, cola, cipsi, qamburger və konservləşdirilmiş digər qidalar ən çox tükədilən həmçinin sevilən qidalardır. Kiçikdən böyüyə hər kəs üçün bu qidaların damaq zövqünə çevrilməsi sizcə normaldırmı?



Qəbul etmək lazımdır ki, həqiqətəndə adı çəkilən qida növləri ləziz və meyxoş olur və əgər diqqət etmisinizsə hər birini daddıqda oxşar dad hiss olunur. Baxın elə sirr buradadır. MSG konservləşdirilmiş qidalar, krakerlər, ətlər, salatlar, dondurulmuş yeməklər və bir çox digər məhsullarda istifadə edilən mübahisəli qida əlavəsidir.


Yerli supermarketlərdə, restoranlarda və məktəb yeməkxanalarında tapılır. Belə ki, adı çəkilən qidaların hər birinin tərkibinə monosodium qlutamat əlavə edilir, bu maddə əlavə olunan qidaya xüsusi xoş dad verir, bir növ bu dad insanlarda aludəçilik yaradır. Adi reklam postunda həmin qidaların görüntüsü belə bizdə özünə qarşı tələbat yaradır.

Yaxşı, bəs, illərdir bir çox müəssisələrin sırf bu qidaların istehsalı ilə uğur qazandığı mövqedə qidalara əlavə etdikləri monosodium qlutamatın insan üçün zərərli tərəfləri varmıdır? Gəlin birgə nəzər salaq.


Yedikdə zövq aldığımız bu qidalar unutmayın ki, ilk olaraq bizdə aludəçilik yaradır. Bir çox yemək sırası arasında beyin ilk olaraq həmin dadı tələb edir. Yəqin ki, dostlarınızla görüşdükdə ağla ilk gələn qidalardan birinci pizzanı deyib sonra digər seçimləri gözdən keçirirsiniz. Bu artıq bir növ asılılığı özündə büruzə verir. Əksər insanlar evdə yemək sifariş vermək lazım gəldikdə ilk olaraq fast food qidalara üstünlük verir. Ancaq, nəzərinizə çatdırım ki, MSG qatqılı qidalardan gənc nəsil daha çox istifadə edir. Bu qida bir çox gəncin iş mühitini, digər gənclərinsə əyləncədə ilkin variantını təşkil edir.



Yəqin ki, bulyon qoxusundan xəbərdarsınız və bu qoxu sizin bir yox bir neçə fərqli yerdə qarşınıza çıxıb. Səbəb nədir sizcə buna? Qidalara əlavə olunan MSG ətirli maddə funksiyasını yerinə yetirir və bu oxşar qoxuların səbəbi MSG-dir, təbii ki, oxşar qoxu oxşar dadı da təmin edir. Gözəl qoxu, gözəl dad və yumoristik hislə həzz alaraq qəbul etdiyimiz bu qidaları çox ləziz olduğu üçün belə çox tükətirik? Təbii ki, xeyr, belə ki, yeməyin qoxusunu və dadını yaxşılaşdırmaqla MSG leptin hormonunun təsirini zəiflədir. Leptin bədənimizə kifayət qədər yemək yediyimizi söyləməkdən məsuldur. MSG qəbulu ilə doyma siqnalını gec qəbul edirik. Bununlada qida qəbulu artır.


Əsasən xəstə insanlara iştahartırıcı olaraq monosodiumlu qidalar verilir ki, orqanizmləri zəif düşməsin və doyma siqnalı beynə gec çatması ilə daha çox qida qəbul edə bilsinlər.


Aparılan tədqiqatlar nəticəsində qəbul edilmişdir ki, MSG insan orqanizmi üçün yeməksiz qəbul edildikdə bu miqdar 3 qramdan çox olmamalıdır. Əlavə olaraq, Taylandda 349 insan üzərində aparılan araşdırma nəticəsində məlum oldu ki, yüksək dozada qidada MSG qəbulu metobolik sindroma və piylənməyə səbəb olur. Deməli, bu maddənin dozasının orqanizm üçün müəyyən bir sərhədi var. Bu sərhəddən insanlar xəbərsizdir və bir gün ərzində 3 dəfə hətta günlərlə MSG əlavə olunmuş yeməklərlə qidalanan insanlar var. İnsan orqanizmiylə yanaşı bu miqdar hamilə siçanlar üzərində təcrübə edildikdə isə doğum statistikasının aşağı düşməsi müşahidə olunmuşdur. Deməli, bu maddə böyümə və inkişafda zərərli vasitə olaraq təsir göstərə bilir.



Biz monosodiumu qidaya əlavə etmədən qəbul etsəydik, sizcə nə müşahidə olunardı?

Bir qədər fikirləşək dozası bir insan üçün 3 qram olan qidanın zərərli tərəfləri nə ola bilər? Bu fikri əsaslandırmaq üçün meymunlar üzərində müəyyən təcrübə aparılmışdır. Belə ki, onlara müəyyən miqdar MSG vurulanda beyin neyronlarında kəskin hüceyrə ölümü müşahidə olunmuşdur. Bu da onun neyrotoksin ola biləcəyini, artıq miqdarda istifadə olunduqda hüceyrənin məhvinə səbəb olduğunu göstərir. Qəbul etmək lazımdır ki, monosodiumlu qidalar ilk olaraq hüceyrələrinizin fəaliyyətini zəiflədir daha sonra sizlərin fəaliyyətinizdə sərhədlərin yaranmasına gətirir. Biz bu vəziyyəti zərərli vərdişlərlə müqayisə edə bilərik. Fərq isə siqaret və içkilərin doyurucu funksiyası olmamasından ibarətdir.


1908-ci ildən insanlara məlum olan və 1909-cu ildən etibarən istehsala başlayan bu maddə insanlarda fərqli halların yaranmasıyla müşahidə olunmuşdur. Ümumiyyətlə, MSG əlavə olunmuş qidalar qəbul etdikdə MSG kompleksi adlanan hallar müşahidə olunur. MSG əlavə oolunmuş qidalar qəbul edən insanlarda baş ağrısı, ürəkbulanma, uyuşma, qızartı, ürək döyüntüsünün artması və yuxululuq kimi bir qrup simptomlar müşahidə olunur. Bu kompleks hallar bu cür qidaların zərərli tərəflərini sübut edir.


Sonda bildirmək istəyirəm ki, MSG ləzzət artırıcı kimi dəyərini sübut etsə də, müxtəlif tədqiqatlar bu məşhur qida əlavəsi ilə bağlı mümkün zəhərli təsirlərə işarə etmişdir. Bu zəhərli təsirlərə mərkəzi sinir sisteminin pozğunluğu, piylənmə, piy toxumasının fiziologiyasının pozulması, qaraciyərin zədələnməsi, CRS və reproduktiv funksiyaların pozulması daxildir. İnsan modellərində həmçinin MSG ilə ürək-damar xəstəlikləri, baş ağrısı və hipertoniya arasındakı əlaqəni qiymətləndirmək üçün əlavə tədqiqatlar da aparılmalıdır. MSG-toksikliyinin daha əsaslı sübutu təmin edilsəydi, MSG-nin ləzzət artırıcı kimi istifadəsinə tamamilə qadağa qoyulmasını nəzərə almaq ağılsızlıq olmazdı.


Unutmayaq bizim üçün əvvəlcə qidanın sağlamlığımıza təsiri daha sonra isə ləzzəti ön planda gəlməlidir.

Yuxusuz, yorğun və gərgin anlarda Restabyl preparatından istifadə edə bilərsiniz. Restabyl-i 18 yaşdan yuxarı şəxslər Restabyl-i yatmazdan 20 dəqiqə əvvəl qəbul edə bilərlər.



8 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Comments


bottom of page