top of page
Yazarın fotoğrafıRestabyl

Miqren xəstəliyi

Miqren, başın bir tərəfində, bəzən isə hər iki tərəfində kəskin ağrı ilə xarakterizə olunan xəstəlikdir. Bu xəstəlik, saatlarla, günlərlə davam edə bilər və ağrı o qədər pis ola bilər ki, gündəlik fəaliyyətinizə mane yaradar. Miqrenin simptomları insandan insana dəyişir. Baş ağrınızın həqiqətən miqren olub olmadığını necə müəyyən etmək olar?





Aşağıda sadalananlardan bəziləri və ya bir çoxu sizdə varsa, baş ağrınızın səbəbi miqrendir.

•Ağrıya dözmək çətin və dözülməzdirsə

•Ağrı başın bir tərəfində və ya hər iki tərəfindədirsə

•Göz və ya göz ətrafında ağrılar varsa

•Baş ağrınız fiziki fəaliyyət və ya hər hansı bir hərəkətlə güclənirsə

•Ürəkbulanmanız varsa

•İşığa, səs-küyə qarşı həssaslıq varsa

•Baş ağrınız günlərlə və ya həftələrlə davam edirsə.


Ağrıları aradan qaldırmaq üçün alnınıza, baş dərinizə və ya boynunuza buz paketi qoyun. həmçinin dondurulmuş gel paketini və ya soyuq suda yuyulmuş yuyucu parçanı sınaya bilərsiniz. Miqrenin səbəbləri aydın deyil, lakin genetika və etraf mühit faktorlarının səbəb olduğu düşünülür. Qadınlarda kişilərə nisbətən 3 dəfə daha çox migren yaranır və araşdırmalar hormonların rol oynadığını göstərir. Miqreni erkən müəyyən etmək və müalicə etmək hətta bəzi insanlarda əlavə simptomların qarşısını almağa kömək edə bilər. Bunun üçün də, nevroloqa müraciət etmək vacibdir.

1 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Comments


bottom of page