Ürək tutması kimi tanınan miokard infarktı ürəyin koronar arteriyalarından birində qan axını azaldıqda və ya dayandıqda baş verir. Damarların tıxanmasının ən çox görülən səbəbi aterosklerozdur. Aterosklerozun dəqiq səbəbini heç kim bilmir. Miokard infarktının simptomları aşağıdakıları əhatə edə bilər:
•sinə ağrısı
•bədənin digər hissələrində ağrı (adətən sol qola, bəzən isə hər iki qola təsir edə bilər)
•başgicəllənmə
•tərləmə
•nəfəs darlığı
•ürəkbulanma və ya qusma
•həddindən artıq narahatlıq hissi
•öskürək və s.
Miokard infarktı çox vaxt döş qəfəsinin mərkəzində və ya sol tərəfində baş verir, bir neçə dəqiqədən çox davam edir. Sinə ağrısı şiddətli olur, lakin bəzi insanlarda bu hal özünü həzmsizliyə bənzər kiçik ağrılarla büruzə verir. Narahatlıq bəzən ürək yanması kimi də hiss edilə bilər. İnsanların təxminən 30%-də atipik simptomlara rast gəlinir. Həmçinin qadınlarda kişilərdən fərqli simptomlarla qarşılaşmaq mümkündür. Qadınlarda, sinə ağrısı ilə yanaşı: •Ürək yanması və ya qarın ağrısı •Yorğunluq •Nəmli dəri kimi simptomlar və s. ola bilər Miokard infaktı, ürək çatışmazlığına , nizamsız ürək döyüntüsünə , kardiogen şoka və ya ürəyin dayanmasına səbəb ola bilər. Risk faktorlarına: • yüksək qan təzyiqi • siqaret çəkmə • şəkərli diabet • hərəkətsizlik •piylənmə • pis qidalanma və həddindən artıq spirt qəbulu daxildir Miokard infaktı (və ya başqa bir infarkt keçirmə) riskinizi azaltmaq üçün atacağınız bəzi addımlar var: •siqaret çəkənlər siqareti buraxmalıdırlar •artıq çəkidən azad olun •müntəzəm məşq edin •meyvə və tərəvəz daxil olmaqla az yağlı, yüksək lifli pəhriz yeyin •alkoqol qəbulunu orta səviyyədə saxlayın. Əgər özünüzdə, yuxarıda sadalanan simptomların olduğundan şübhələnirsinizsə, kardioloqa müraciət etməyiniz vacibdir.12:16
Comentarios