top of page
Yazarın fotoğrafıRestabyl

Kron Xəstəliyi

Kron xəstəliyi iltihablı bağırsaq xəstəliyinin (IBD) bir növüdür. Bu, həzm sisteminizdə toxumaların iltihablanmasına səbəb olur, nəticədə qarın ağrısı, ishal, ürəkbulanma və qusma, yorğunluq, iştahsızlıq, çəki itkisi, hərarət və s. kimi simptomlara yol açır. Bu xəstəlik, hər yaşda olan insanlarda görülə bilər və kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Kron xəstəliyi olan insanların əksəriyyəti həm nazik bağırsaqlarında, həm də yoğun bağırsaqlarında iltihab yaranır, bu da tez-tez ishal və qarın ağrısına səbəb olur. Kron xəstəliyinə səbəb olan bir neçə amil var bunlara: zəifləmiş immun sistemi, mikrobiotanın pozulması, genetika, ətraf mühit faktorları və s. daxildir. Lakin, xəstəliyin dəqiq səbəbi məlum deyil. Valideynlərdən birində kron xəstəliyi varsa, bu xəstəliyə tutulma ehtimalı 7-10 % -dir. Hər iki valideyndə də varsa, ehtimal 35 %- ə qədər yüksəlir. Yoğun bağırsağa təsir edən kron xəstəliyi bağırsaq xərçəngi inkişaf riskini artırır.



Kron xəstəliyinin müalicəsində müxtəlif üsullardan istifadə olunur. Bu üsullara dərmanlar, pəhriz və əməliyyat daxildir. İstifadə edilən dərmanlar iltihabı azaltmağa və ağrıları aradan qaldırmağa kömək edir. Əməliyyat son çarə hesab edilir. Əməliyyat iltihablı bölgənin çıxarılmasını əhatə edir. Xəstəliyin dərəcəsinə görə bəzi qidaları qəbul etməmək və ya həkiminizin sizə təyin etdiyi pəhrizə düzgün şəkildə əməl etmək lazımdır. Bununla belə, düzgün müalicə ilə xəstəliyin simptomlarını nəzarət altına almaq və xəstənin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq olar. Əgər kron xəstəliyinin simptomları sizdə varsa qastroenteroloqa müraciət etməyiniz məsləhət görülür.

12 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Comments


bottom of page