top of page
Yazarın fotoğrafıRestabyl

Kökəlməyin bilinməyən səbəbləri

Güncelleme tarihi: 5 Eyl 2023

Niyə kökəlirik? Az qidalansaq belə çəki artımına səbəb nədir?

Kökəlməyin əsas səbəbi düzgün qida və gün rejimini təyin etmədikdə yaranır. Köklüyün yaranmasına ilkin səbəb orqanimin ehtiyacından daha çox enerji verən qidaların qəbuludur.

Hər kəs öz orqanizmini sevir. Aynada, avtobusda pəncərənin əksində və telefonda çəkilən şəkillərdə ilk olaraq özümüzü yəni surətimizi nəzərdən keçiririk, gördüklərimizi və görmək istədiklərimizi eyni anda xəyal edirik. Yəqin ki, fərqindəyik biz öz bədənimizlə bir gündə 24 saat vaxt keçiririk.

Bəzən görüntümüz istədiyimiz çərçivədə hüdudlanmır və bizdə xoş təəssürat oyatmır. Bu bəzi insanlarda iradi olaraq qəbul ediən qidadan, bəzən isə hətta düzgün qida rejimində baş verən bədən çəkisində artımdan asılıdır. Kökəlmək kimi ifadə etdiyimiz bu halın yaranmasına səbəb piy toxumalarında olan hüceyrələrin sayının artmasıdır. Bəs bu hal necə baş verir? Piy toxuması hüceyrələri nə zaman artmağa başlayır? Gəlin seçimlərimizə sərhədlər qoyan bu halın səbəblərini nəzərdən keçirək.



Çox yatan zaman orqanizmdə kortizol hormonu çox ifraz olunur. Bu da yuxudan oyandıqda yeməyə olan iştahı artırır. Kökəlmək istəmirsinizsə gün ərzində 7-9 saatdan artıq yatmayın. Hətta, işıqlı otaqda, kompyuter və ya televizor işığında yatsanız bu kökəlməyə meylliyi artırır.

Gecə 6 saatdan az yatan insanların bədən yağları daha çox olur. Təxminən 8 saat çəkinizi saxlamaq üçün ideal vaxtdır. Yuxunun olmaması bədəninizin kortizol və insulin hormonlarının həddindən artıq istehsalına səbəb ola bilər ki, bu da çəki artımına səbəb ola bilər. O, həmçinin aclıq siqnalı verən hormonları poza bilər və xüsusilə yağ və şəkərlə yüklənmiş qidalara can atmağınıza səbəb ola bilər.

Qazlı sular əsrarəngiz iştahartırıcı olaraq orqanizmdə bu sulara olan meylliliyi artırır. Tərkibindəki kalori və bu suları qəbul etməyə asılılıq yaradan maddələr kökəlməyə səbəb olur.

Qəbul etdiyimiz dərmanlardan asılı olaraq bəzi dərman vasitələri əks göstərişlərə əsasən kalorinin yanmasını yavaşlata bilər və ya qida qəbulunu zəiflədə bilər. Doğuşa nəzarət həbləri, antipsikotiklər, antidepresanlar, epilepsiya dərmanları və yüksək qan təzyiqi üçün beta blokerlər belə dərmanlar sırasına daxildir.

Yaş artdıqca hormonlarımızın aktivliyi gedərək azalır. Qadınlarda estrogenin istehsalı 30 yaşdan sonra azalmağa başlayır və bu yağların bədənimizin orta hissəsinə keçməsinə səbəb olur.




Araşdırmalar nəticəsində məlum olmuşdur ki, insanlarda olan yağ hüceyrələrinin sayını, həm də onların harada saxlandığını müəyyən edən xüsusi genlər olur. Dəyişdirə bilməsənizdə valideynlərinizə və digər ailə üzvlərinizə baxaraq artıq yağların harada toplandığını təyin edə bilərsiniz.

Az qidalanmaq sizin çəki itirmənizə deyil, iştahınızın daha çox artmasıyla daha çox qida qəbuluna təkan verəcək. Qidanı azaltmağa yox daha sağlıqlı və kalorisi az qidalardan istifadəyə üstünlük verməyə çalışın. Hər səhər yemək yeyin və axşam saatlarında qəbul etdiyiniz qidanın zamanı və miqdarına diqqət edin. Axşam yeməyini tez saatlarda yemək və heç qəbul etməmək sizin düzgün sağlam bədən formasına malik olmanıza imkan verəcək.

Özünüzü sevin və iradəli olun, çünki siz qəbul etdiyiniz qidalardan daha güclüsünüz!





345 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Comments


bottom of page