top of page
Yazarın fotoğrafıRestabyl

İnəklər qlobal istiləşməni sürətləndirirmi?

Güncelleme tarihi: 12 Eki 2023

İnəklər təbiətə nə dərəcədə ziyan vurur? Qlobal istiləşmədə inəklərin nə kimi rolu var?



Bu suallar bir qədər bizlərə qəribə gəlsə də, aparılan araşdırmalar nəticəsində inəklərin həzm prosesi zamanı ayrılan qazların qlobal istiləşməyə səbəb olduğu irəli sürülmüşdür. İnəklər gövşəyən canlılar olaraq, mədələri dörd kameralıdır. Onlar qidanın həzmində kifayət qədər metan qazı istehsal edirlər. Metan qazı istixana qazıdır və iqlim dəyişkənliyinə, yerin temperaturuna təsir göstərir. İstixana qazları günəşin istiliyini atmosferdə saxlayaraq, planetin istiləşməsinə səbəb olur. Bu isə meşə yanğınları, güclü qasırğalar və dəniz səviyyəsinin qalxması kimi ekstremal hava şəraitinə gətirib çıxarır.




Mal-qara, inək, qoyun və keçi gövşəyən heyvanlardır. Bu heyvanların mədəsi dörd kameradan təşkil olunub, buna görə də qida iki dəfə çeynəndikdən sonra həzmə uğrayır. Belə ki, gövşəyən canlılar qida qəbul etdikdən sonra onu qusur və yenidən çeynəyir. Qidanın həzm zamanı fermentasiyaya uğraması nəticəsində, inəklər gəyirən zaman havaya metan qazı buraxılır.


Metan qazının ilk 20 ildə avtomobil emissiyası nəticəsində ətrafa yayılan karbon qazından 80 dəfə çox istilik gücünə malik olduğu qeyd olunur. Ümumiyyətlə, metan karbon qazından təxminən 30 dəfə daha çox istiliyi saxlayan güclü istixana qazıdır. Metan qazının yüksək miqdarı kənd təsərrüfatında olan mal-qara artımı ilə izah olunur. Metan qlobal istixana qazı emissiyalarının təxminən 20%-nə cavabdehdir. Təbiətdə kənd təsərrüfatı, meşə təsərrüfatı və torpaqdan istifadə qlobal istixana qazı emissiyalarının təxminən 18,4%-ni, heyvandarlıq isə qlobal istiləşmənin 5,8 %-ni təşkil edir.



İnəklərin metan qazı istehsalının qarşısını almaq üçün mütəxəssislər yem əlavələrinə müraciət edirlər. Bu sadə səslənsə də, əlverişli və qidalandırıcı əlavə tapmaq çətin bir prosesdir.


Hal-hazırda yem əlavəsi kimi dəniz yosunu nəzərdə tutulmuşdur. Aparılan tədqiqat nəticəsində bəyan edilib ki, dəniz yosununun 1 faizindən istifadə, metan qazı istehsalını 60 faziə qədər azaldır. Metan hasilatını azaltmaqla yanaşı, bu qırmızı dəniz yosunu inək südünün dadını pisləşdirmir. Dəniz yosunu, emissiyaları azaltmaq üçün nisbətən ucuz həll yolu ola bilər. Lakin, Asparagopsis Taxiformis adlanan bu qırmızı dəniz yosunu növünün genişləndirilməsi çatışmazlıq olaraq qalır. Onun genişləndirilməsi üzərində mütəxəssislər müəyyən təcrübələr aparır.


İnəklər bildiyimiz kimi, Hindistan ərazisində dini olaraq müqəddəs mövhumat sayılır. Bu səbəbdən inək əti yeyilmir və ümumiyyətlə, inəklər kəsilmir. Buna görə də, inəklər uzun müddət yaşayır və daha çox metan qazı istehsal olunur.




İnəklərin yaratdığı istilik problemi ilə yanaşı, həmçinin çirklənmə probleminin müəyyən hissəsi həmçinin inək peynindən qaynaqlanır. Çünki, peynin tərkibində fosfor və azot var. Tarlalarda gübrə kimi istifadə olunduqda, yağış yağan zaman peynin su mənbələrini çirkləndirdiyi digər bir variant olaraq nəzərdən keçirilib.


Həmçinin zavodlardakı inəklərdən əldə edilən peyin, təbiətdə gübrə sıxlığına gətirib çıxara bilər. Belə ki, bitkilər və torpaq qida maddələri ilə həddən artıq yükləndiyi zaman axan su yeraltı sulara sızır. Nəticədə, suyun çirklənməsi geniş miqyasda olur və bu hal su ilə yoluxan patogenlərin yayılmasına və zərərli yosunların çiçəklənməsinə səbəb olur.


Mənfi hallar sırasına, həmçinin inəklərin mexaniki hərəkəti də aid edilir. İnək sürülərinin fermerlər tərəfindən otlaq sahələrində həddindən artıq otarılması torpağın sıxışdırılmasına, otların kök sisteminin zədələməsinə səbəb olur. Otlaq sahələrinin artması üçün ağacların kəsilməsinin, nəticədə ekosistemin pozulmasına gətirib çıxardığı hesab olunur. Çünki, ağacların kəsilməsi karbon qazını yenidən atmosferə buraxır və bu, həddindən artıq karbon emissiyasına səbəb olur.




Bütün bunlara istinad edərək, fikirləşə bilərik ki, təkamül prosesində insan həyatında gövşəyən heyvanlar həm qida, həm də təsərrüfatda qoşqu kimi istifadə olunmuşdur. Bildiyimiz kimi, avtomobillər heyvanlardan daha “gənc nəsil” sayılır və təbiətə olan mənfi təsiri insanlara hər zaman məlum olmuşdur. Həmçinin tarixdə avtomobil və digər istehsalçı zavodların yaranmasına qədər qlobal istiləşmə anlayışı işlənməmişdir.

Bu məqalə mənbə olaraq aşağıdakı saytlara əsaslanaraq şərh olunmuşdur.



















30 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Comments


bottom of page