İtdirsəyi göz qapağındakı piy vəzlərinin iltihabıdır. Bu vəzlər göz qapağını nəmli və sürüşkən olmasını təmin edir. Bu vəzlər iltihablaşan zaman, göz qapağında şişkinlik, qızartı və ağrıya səbəb olur. İtdirsəyi adətən bir gözdə olur. Ancaq bəzən hər iki gözdə də görünə bilər.
İtdirsəyi uşaqlarda və böyüklərdə rastgəlinən ümumi bir xəstəlikdir.
Ciddi bir xəstəlik deyil. Ancaq ağrı və narahatlığa səbəb olur.
İtdirsəyinin səbəbləri
İtdirsəyinin səbəbi dəqiq məlum deyil. Bununla belə, aşağıdakı amillər bu xəstəliyin yaranma riskini artıra bilər:
Göz qapağındakı piy vəzlərinin tıxanması: Göz qapağındakı piy vəziləri kirpiklərin köklərində yerləşir. Bu vəzlər göz qapağının yağlanmasını təmin edən yağ ifraz edir. Bu vəzilərin axacağı tıxanarsa, iltihab baş verir.
Göz qapağına travma: Göz qapağına fiziki zədələnməsi göz qapağındakı yağ vəzlərinin tıxanmasına və iltihabına səbəb olur.
Göz qapağında infeksiya: Göz qapağında olan infeksiya göz qapağındakı piy vəzilərinə keçərək itdirsəyi yarada bilər.
Bəzi sistem xəstəlikləri: Psoriaz (Sədəf) və Rosacea (Gül xəstəliyi) kimi bəzi sistem xəstəliklər göz qapağındakı piy vəzlərinin funksiyasını pozaraq itdirsəyi əmələ gəlməsi riskini artırır.
İtdirsəyinin simptomları bunlardır:
Göz qapağında ağrı və şişkinlik: İtdirsəyi adətən göz qapağının xarici hissəsində, kirpiklərin yaxınlığında meydana gəlir. İtdirsəyi ağrılı bir şişkinlik şəklində özünü göstərir.
Qızartı: İtdirsəyinin ətrafındakı dəri nahiyəsində qızartı olur.
Göz qapağında sərtlik: İtdirsəyi göz qapağında sərt bir kütlə kimi müydana çıxır.
Göz qapağında hərəkətin məhdudlaşması: İtdirsəyi göz qapağının hərəkətini məhdudlaşdıra bilər. Nəticədə göz qapağının sərbəst şəkildə açılıb bağlanması çətinləşir.
![](https://static.wixstatic.com/media/0681e3_225219da8efa42479b33453ad6881d84~mv2.png/v1/fill/w_980,h_262,al_c,q_85,usm_0.66_1.00_0.01,enc_auto/0681e3_225219da8efa42479b33453ad6881d84~mv2.png)
Müalicəsi
İtdirsəyi adətən bir neçə gün ərzində öz-özünə sağalırlar. Lakin şişkinlik və qızartı bir neçə həftə ərzində keçmirsə, mütləq oftalmoloqa müraciət etmək lazımdır. Oftalmoloq müalicə üçün antibiotik göz damcıları və ya məlhəm təyin edə bilər. Əgər itdirsəyi çox böyükdürsə, oftalmoloq cərrahi müdaxilə edə bilər.
İtdirsəyi əmələ gəlməsi riskini azaltmaq üçün aşağıdakı ehtiyat tədbirləri görülə bilər:
Göz qapaqlarınızı mütəmadi olaraq təmizləyin: Göz qapaqlarınızı təmizləmək göz qapağındakı piy vəzi axacaqlarının tıxanmasının qarşısını alır. Göz qapağını təmizləmək üçün ilıq sudan istifadə edin.
Göz qapağını qıcıqlandıracaq şeylərdən çəkinin: Bir çox hallarda kosmetik vasitələr bi halın yaranmasına səbəb olur.
Əllərinizi tez-tez yuyun: Əllərinizi tez-tez yumaq bakteriyaların göz qapağına yoluxmasının və itdirsəyi əmələ gəlməsinin qarşısını ala bilər.
Əgər sizdə itdirsəyi varsa, gözlərinizi təmizləmək üçün istifadə etdiyiniz dəsmal və salfetlər kimi şəxsi əşyaları başqaları ilə paylaşmayın: Bu əşyaları paylaşmaq xəstəliyin yayılmasına səbəb ola bilər.
Comments