top of page
Yazarın fotoğrafıRestabyl

Göz xəstəliyi - Uveit

Güncelleme tarihi: 13 Eki 2023


Uveit gözdə yaranmış olan iltihabdır. Bu iltihab gözün bir çox hissəsində baş verə bilər. Uveit xəstəliyinin onun əlamətləri gözdə qızarma, bulanıq görmə, göz ətrafı ağrı, işığa qarşı hiperhəssaslıq kimi əlamətlər olur. Uveitin yaranma səbəbləri soyuqlama, immunitet sisteminin və ya metabolizmin pozulması, göz travması və müxtəlif yoluxucu xəstəliklər ola bilər.


Yetkinlərdə uveitin səbəbi infeksiyalar, travmalar və hormonal balanssızlıqlar ola bilər. Həmçinin yetkinlərdə uveitin başqa bir səbəbi allergik reaksiyalardır. Allergiya müəyyən qidaların və dərmanların istifadəsi səbəbindən başlaya bilər. Bəzən peyvəndlər də allergik reaksiyaya səbəb olur. Uveit ümumiyyətlə gənc və orta yaşlı insanlarda rast gəlinən nadir bir xəstəlikdir. Bu xəstəliyin hər bir xəstədə inkişafı müxtəlif olur. Xəstəliyin inkişafı kimi onun müalicəsi də hər bir xəstə üçün eyni olmur.


Uveit xəstəliyi təhlükəlidir, çünki çox vaxt gizli formada baş verir. Bu, vaxtında diaqnoz və müalicəyə mane olur və tez-tez ağırlaşmaların inkişafına gətirib çıxarır. Digər xəstəliklərdə olduğu kimi, uveiti də ilkin mərhələdə müəyyən etmək mümkündür. Müalicə nə qədər tez başlayarsa, görmə qabiliyyətinə ziyan vurmadan tam müalicəyə nail olmaq şansı bir o qədər yüksək olur. Uveit müalicə olunmadığı təqdirdə, katarakta və ikincili qlaukoma (yüksək göz daxili təzyiq nəticəsində görmə sinirinin zədələnməsi) kimi ağır xəstəliklərə gətirib çıxara bilər.

46 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Comentarios


bottom of page