top of page
Yazarın fotoğrafıRestabyl

Epileptik tutmalarda dil qatlanırmı?

Güncelleme tarihi: 21 Eyl 2023


Bəzən ətrafımızda epileptik tutmalar keçirən şəxslər görürük. İlkin müdaxilə ilk olaraq, xəstənin dilinə istinad olunur. “Dil qatlanması” nə dərəcədə doğru anlayışdır?



Bu mövzuda apardığım araşdırmanı sizə təqdim etmək istəyirəm.


Xalq arasında “sudurğa” adı ilə yayılan əslində “tutma” yəni sinir hüceyrələrinin boşalması ilə baş verən xəstəlik epilepsiya adlanır. Sinir sisteminin xəstəliklərindəm biri olan epilepsiya özünü ilk olaraq 24 saatda ən azı 2 dəfə tutma ilə büruzə verir.

Epilepsiya xəstəsinə ilkin müdaxilə olaraq, dilin qatlanmaması üçün ilkin yardım göstərilir. Lakin, heç bir tutma zamanı dilin qatlanması müşahidə olunmur, çünki bədən toxuması dili ağızla möhkəm birləşdirir.



Qıcolma nəticəsində dişlər bir-birinə sıxılır və bu zaman dilin dişlər arasında qalma ehtimalı vardır. Nəticədə dilin qanaması və bunun bir dəqiqə davam etməsi mümkün hallar siyahısındadır. İlkin tibbi yardım olaraq, dilin zədələnməsinin qarşısını almaq üçün dil və dişlər arasına yumşaq bez qoymaq arzuolunandır. Dilə olan təkan zamanı, həmçinin dişlərin qırılması ehtimalını da nəzərə almaq və ehtiyyatlı davranmaq lazımdır.


Əgər siz avtobusda, metroda və ya məktəb dəhlizlərində epilepsiya keçirən birini görsəniz, tutmanın qarşısını ala bilməsənizdə, xəstəyə verdiyi zərəri azaltmaq üçün bəzi tədbirlər görə bilərsiniz. Belə ki, xəstəni sağ və ya sol çiyni üzərinə çevirmək lazımdır ki, ağzından gələn seliyin ağciyərlərinə tökülməsi baş verməsin. Bilməyiniz yaxşı olar ki, epileptik tutmalar zamanı əzələlər öz nəzarətini itirir və udma refleksi zəifləyir. Tutma zamanı şəxsə su və dərman verməyə çalışmayın, çünki bu onlarda boğulmaya səbəb ola bilər.




Bəs bu tutmalara səbəb nədir?


İnsan beynində milyardlarla sinir hüceyrəsi vardır. Bu sinir hüceyrələri bir-biriylə əlaqəlidir və hər bir əlaqə müəyyən funksiyasını yerinə yetirir. Sinir hüceyrələri arasındakı normal əlaqəni pozan hər hansı bir şey tutmaya səbəb olur. Yüksək hərarət, beyin sarsıntısı, aşağı qan şəkəri, alkoqol və narkotik vasitələrin qəbulu tutmalara səbəb ola bilər. Beyin normal halda kiçik elektrik impulsları yaradır, tutmalar zamanı isə beynin elektrik fəaliyyətində müvəqqəti dəyişiklik yaranır, nəticədə şəxsin davranış ritmi qəfil dəyişir.


Unutmayaq! Hər kəs həyatında bir dəfə tutma keçirə bilər. Yalnız təkrarlanan tutmalarla xarakterizə olunan beyin xəstəliyi epilepsiya adlanır. Avstraliyada hər 26 nəfərdən biri epilepsiya xəstəsidir.


Bu məqalədə aşağıdakı mənbələrdən istifadə edilmişdir.







99 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Yorumlar


bottom of page