Səhərləri özümüzə olan dəyəri çoxumuz dişlərimizə qulluq etməklə göstəririk. Yəqin ki, oyandıqda mobil telefondan sonra hər birinizin istifadə etdiyi ikinci vasitə diş fırçasıdır və təəssüf ki, dişləriniz hər səhər bu plastikin təmizləmə funksiyasına məruz qalır.
Diş fırçaları əslində insan həyatında əvvəllər bir vasitə olaraq var olmamışdır. Zəngin və kasıb hamı üçün diş baxımı 19-cu əsrin sonlarına yaxın yaranmışdır. Lakin, təəssüf ki, diş gigiyenasının yaranmasına əsas səbəb müharibələrin yaratdığı şərait olmuşdur. Belə ki, Amerikada Vətəndaş Müharibəsi zamanı silahlar barıt və kağıza bükülmüş güllələrlə bir anda doldurulurdu. Əsgərlər patronu sökmək üçün dişlərindən istifadə etməli idilər, ancaq bir çox döyüşçüdə kağızı parçalaya bilmək üçün üçün 6 ədəd qarşılıqlı yerləşən diş yox idi. Oxşar hal Birinci Dünya Müharibəsində əsgərlərə sərt, quru hərbi yeməkləri verən zaman da yaşanmışdı, sağlam dişi olmayan əsgərlər qidalana bilmədikləri üçün xəstəliyə tutulurdular. Beləliklə, diş baxımsızlığı hələ də problem olaraq qalırdı.
Sonralar diş həkimlərinin təyini ilə əsgərlərin dişləri müalicə edildi, hətta, bu zaman hər bir əsgər üçün vanna otağında şəxsi diş fırçası da görmək olardı. Müharibə bitdikdən sonra döyüşçülər evə qayıtdıqda, diş fırçası sağlam bir vərdiş vasitəsi kimi onlarla qonaq olaraq qayıtmış və günümüzdə evlərin sakininə çevrilmişdir.
İlk diş fırçası necə hazırlanırdı?
İnsanların dişlərə olan baxımı çoxdan mövcud olmuşdur. Məsələn, Arxeoloqlar Misir qəbirlərindən “diş çubuqları” tapmış və Buddanın dişlərini təmizləmək üçün çubuğu fırça şəklində çeynədiyini bildirmişdilər. Diş təmizliyi Çin imperatorluğununda maraq dairəsində olmuş, onlar maral sümüyü və ya taxta parçasına donuz boynundan qırxılmış sıx bir dəstə tükü bağlamaqla, diş fırçasına oxşar vasitə hazırlamışdırlar.
Hazırki diş fırçaları nə dərəcədə zərərlidir?
İlk vaxtlar tərkibi heyvan mənşəli olan diş fırçalarının tükü daha sonra naylonun kəşfi ilə naylon iplərdən hazırlanmağa başlandı və 1938-ci ildə ilk naylon tüklü diş fırçası satışa verildi. Lakin, bir müddət sonra neftdən alınan plastik məhsullar sırasına diş fırçalarıda əlavə olundu. Bu fırçaların həm sapı, həm də tükləri neftdən hazırlanır, ona görə də onların parçalanması nəinki çox vaxt aparır, həm də istehsal prosesində çoxlu ekoloji tullantılar yaradır. Sap və tükün istehsalında çoxlu enerji və sudan istifadə olunur, bu təhlükəli cərəyanlara səbəb olur.
Dişlərimizi fırçalayan zaman diş fırçasının tükləri plastik olduğuna görə buradan orqanizmə mikroplastiklərin keçidi baş verə bilər, bu çox təhlükəli haldır. Çünki, mikroplastiklər həzmə uğramır və ümumiyyətlə, parçalana bilmir, bu mikroplastiklər qida qəbulunu azaltmaq, böyüməni ləngitmək, oksidləşdirici zərər və anormal davranış kimi toksik təsirlərlə orqanizmə ziyan vurur. Dəniz məhsulları ilə qidalanan şəxslərin orqanizmində mikroplastiklərə daha çox rast gəlinir. Belə ki, hər gün okeanlara təxminən 8 milyon plastik çirkləndirici atılır, bu mikroplastikanın yaranmasına səbəb olur.
Mikroplastiklər həmçinin ticarət məqsədləri üçün yaradılmış plastik hissəciklərdir. Onlar üz ovucu və ya skrablarda, diş pastalarında və kosmetika vasitələrində olur. İllərdir dəriyə qulluq üçün "aşılayıcı muncuqlar” bir trend olsa da, hal-hazırda bu mikromuncuqlar təəssüf ki, mikroplastiklərin bir növüdür.
Son illərdə alimlər Mariana çökəkliyindən, Everest zirvəsinə qədər bütün dünyada mikroplastiklərin mövcud olduğunu aşkar etdilər. Bu quşların çimərlikdə və digər şəraitdə plastiklərlə qidalanması nəticəsində bioloji proseslərə əsasən yayılır. Ötən əsrin 50-ci illərindən etibarən dünyada plastik məhsulların istehsalı artmağa başlayıb. 1950-ci ildə dünyada plastik məhsul istehsalı iki milyon ton olduğu halda, hazırda bu rəqəm 400 milyon tona çatıb.
Sağlam dişlərdən, xəstə orqanizmə doğru irəliləməmək üçün dişlərimizi misvak kimi daha etibarlı vasitlərlə təmizləyə bilərik. Unutmayın, hər bir şəxsin fırçasındakı bir tük belə orqanizmə üçün böyük problemə çevrilə bilər. Özümüzü və qida zəncirimizi qoruyaq!
Comments