top of page
Yazarın fotoğrafıRestabyl

Diş əti qanaxması

Diş əti qanamasının ən çox görülən səbəbi diş ətində yığılmış bakterial lövhələrdir. Bu lövhələr diş ətinin iltihabına və diş əti qanaxmasına səbəb olur.


Diş əti qanaxmasının səbəbləri bunlardır:


Ağız gigiyenasına əməl etməmək: Dişlərinizi müntəzəm fırçalamamaq və diş təmizləyici iplərdən istifadə etməmək diş ətlərində bakterial lövhənin yığılmasına səbəb olur. Bu lövhələr diş ətinin iltihabına və diş əti qanaxmasına səbəb olur.


Travma: Diş fırçası və diş iplərindən sərt istifadə, dişləri fırçalayarkən diş ətinə normadan artıq təzyiq göstərmək diş əti travmasına səbəb ola bilər. Bu travmalar diş əti qanaxmasına səbəb ola bilər.


Diş əti xəstəlikləri: Diş ətinin iltihabı və yə periodontit kimi diş əti xəstəlikləri diş ətində qanaxmaya səbəb ola bilər.


Diş protezləri: Diş protezlərinin yanlış istifadəsi və ya damaq ölçüsünə uyğun olmaması diş ətində qanaxmaya səbəb ola bilər.


Hamiləlik: Hamiləlik dövründə estrogen və progesteron hormonlarının artması diş ətində ödem və qanaxmaya səbəb ola bilər.


Xroniki xəstəliklər: Şəkərli diabet, leykemiya, sistemik lupus eritematosus kimi bəzi xroniki xəstəliklər diş ətinin qanaxmasına səbəb ola bilər.


Vitamin çatışmazlığı: C vitamini çatışmazlığı diş əti qanaxmasının ümumi səbəbidir.


Siqaret və spirt istifadəsi: Siqaret və spirt istifadəsi diş ətinin iltihabına və diş ətinin qanaxmasına səbəb ola bilər.


Diş əti qanaxmasının qarşısını almaq üçün görülə biləcək tədbirlər bunlardır:


Müntəzəm diş fırçalama və diş ipi: Dişlər gündə ən azı iki dəfə iki dəqiqə fırçalanmalı və diş ipi ilə təmizlənməlidir. Diş fırçası yumşaq tüklərə malik olmalıdır və dişləri fırçalayarkən diş ətinə təzyiq olmamalıdır. Diş ipi dişlərin arasında fırçalana bilməyən nahiyələri təmizləmək üçün istifadə olunur.


Ağız qarqarasının istifadəsi: Ağız qarqaraları ağızda qalan bakteriya və lövhəni təmizləmək üçün istifadə edilir.


Diş həkimi müayinəsi: Diş həkimi müayinəsi diş əti xəstəliklərinin erkən diaqnozu və müalicəsi üçün vacibdir.





Diş əti qanamasının müalicəsində istifadə edilən bəzi bitki mənşəli vasitələr bunlardır:


Çobanyastığı çayı: Çobanyastığı çayı diş ətinin iltihabını azaltmağa və diş əti qanaxmasının qarşısını almağa kömək edir. Çobanyastığı çayı ilə qarqara etmək və ya çobanyastığı dəmləməsinin qalıq hissəsini diş ətinə sürtmək diş əti qanaxmasında faydalıdır.


Adaçayı dəmləməsi: Adaçayı çayı antibakterial və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Adaçayı dəmləməsi ilə qarqara etmək və ya adaçayı dəmləməsinin qalıq hissəsini diş ətinə çəkmək diş əti qanaxmasına yaxşı təsir edir.


Biyan: Biyan diş ətinin iltihabını azaltmağa və diş ətlərinin qanamasının qarşısını almağa kömək edə bilər. Biyan çayı ilə qarqara etmək bu istiqamətdə çox faydalıdır.


Zəncəfil: Zəncəfil antibakterial, antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Zəncəfil çayı ilə qarqara etmək, həmçinin, zənçəfil dəmləməsində gündə bir dəfə istifadə etmək diş ətində qanaxmaya səbəb olan iltihabı və bakterial mənşəli infeksiyaların qarşısını almağa kömək edir. Diş əti qanaxmasının səbəbi bir çox hallarda ciddi xəstəlik göstəricisi olmasa da, bəzi hallarıda diş əti xəstəliyinin əlaməti ola bilər. Buna görə də, diş ətinizdə qanaxma varsa, diş həkiminə müraciət etmək vacibdir.

4 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Comments


bottom of page