top of page

Dermatomiozit

  • Yazarın fotoğrafı: Restabyl
    Restabyl
  • 23 Oca 2024
  • 1 dakikada okunur

Dermatomiozit, dəri və əzələlərin iltihabına səbəb olan autoimmun xəstəlikdir. Bu xəstəlik, iltihab, dəridə səpgilər, əzələ ağrısı, nəfəs darlığı, qızdırma kimi simptomlara səbəb ola bilər. Dermatomiozitin simptomları xəstəliyin kəskinliyindən və mərhələsindən asılı olaraq dəyişə bilər.


Dermatomiozit qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Daha çox 40-60 yaş arası insanlarda yaranır.


Səbəbləri tam bilinməsədə, bəzi amillərin riski artırdığı düşünülür, məsələn:

•Genetika

•İmmunitetin zəifləməsi

•Bəzi infeksiyalar və s.


Dermatomiozit müalicə edilmədikdə ciddi fəsadlara səbəb ola bilər. Bu fəsadlara, ürək, böyrək və tənəffüs çatışmazlığı daxildir.

Xəstəliyin ən çox rast gəlinən növlərinə aşağıdakılar daxildir:

•Uşaqlıq dermatomioziti

•Polimiozit

•Dermatopolimiozit.


Dermatomiozit simptomları ilə qarşılaşsanız immunoloqa müraciət edin. Erkən diaqnoz və müalicə xəstəliyin gedişatını yavaşlatmağa və ağırlaşma riskini azaltmağa kömək edir.

 
 
 

Comments


  • Facebook
  • Instagram
  • LinkedIn

©2023, Restabyl. Restabyl İç Rahat Yat

Saytda dərc edilən bütün məlumatlar müəllif hüquqları ilə qorunur.  

Hər hansı məqalədən istifadə zamanı Restabyl.com adresinə hiperlink-lə istinad etməniz vacibdir.

bottom of page