Yolda, avtobusda və ya məktəbdə dərisinin üzərində ağ ləkələr olan insanlar yəqin ki, görmüsünüz. Bəs bu ləkələr necə yaranır? Günəş şüasının təsiri ilə yoxsa hansısa xəstəliyin əlaməti olaraq özünü büruzə verir?
Bu mövzuda araşdırma apardım və əldə etdiyim məlumatı sizinlə bölüşmək istəyirəm.
Dərimiz orqanizmlə xarici mühit arasında sərhəd rolunu oynayır. Orqanizmi qoruyur, sanki bir növ kapsul funksiyasını yerinə yetirir. Orqanizmdə ən böyük orqan hansıdır sualı ilə qarşılaşsanız, bunun dəri olduğunu unutmayın, çünki dərinin orta çəkisi 4-5 kq-dır. Dəridə saçlarda olduğu kimi melanosit hüceyrələri vardır, melanositlər dəriyə və saçlara rəng verən melanin piqmentini sintez edir.
Otoimmun xəstəliklər barədə yəqin ki, eşitmisiniz. Bir qədər nəzər salsaq, otoimmun xəstəliklər immun sisteminin orqanizmin öz hüceyrələrini tanımaması zamanı yaranır. İmmun sisteminin qoruyucu hüceyrələri olan T hüceyrələri, yad hüceyrələr olan antigenlərlə mübarizə aparır. Otoimmun xəstəliklər zamanı həmçinin bədənin özünəməxsus hüceyrələri də T hüceyrələri tərəfindən yad hüceyrə kimi tanınır.
Dərimizin müəyyən hissələrinin rəngsizləşməsi ilə müşahidə olunan xəstəlik vitiligo xəstəliyi adlanır. Melanositlərin hüceyrələrinin melanin pisqmentini sintez etməməsi, melaninin yox olması və ya azalması bu xəstəliklə nəticələnir. Vitiligo xəstəliyi otoimmun xəstəlikdir. İmmun sistemi melanosit, yəni dəriyə rəng verən hüceyrələri tanıya bilmir.
Vitiligo tünd rəngli dərilərdə, 20 yaşına çatmamış xəstələrdə daha çox müşahidə olunur. İrsi olaraq müəyyən genlər iştirak edir, lakin yaxın qohumlarınızdan kiminsə vitiligo xəstəliyinə tutulması sizin də bu xəstəliyə tutulacağınız mənasına gəlmir. Yəni, qeyd edə bilərik ki, yoluxucu xəstəlik deyildir.
Simptomları hansılardır?
Nyu-Yorkda özəl praktikada dermatoloq olan MD Suzanne Friedler deyir ki, kimsə vitiliqonun ola biləcəyinin ən böyük əlaməti dəridə yüngül və ya "depiqmentasiya edilmiş" ləkələrin görünüşüdür.
Əllərdə, üzdə və bədəndə yamaqlı ləkələrin əmələ gəlməsini buraya aid etmək olar. Üzdə daha çox ağız və göz ətrafında əmələ gəlir. Saçların və ya saqqalın vaxtından əvvəl ağarması , ağız və burunun içini təşkil edən selikli qişanın rəngsizləşməsi kimi hallar müşahidə olunur.
Vitiligo xəstəliyinin bəzi növləri vardır. Belə ki, bədənin müəyyən hissələrinin rəngsizləşməsindən asılı olaraq vitiligo növlərə ayrılır. Rəngsizləşmənin bütün dəri səthində yayılması universal, bədənin bir çox hissəsində yayılması ümumiləşdirilmiş, bədənin sadəcə bir tərəfində yayılması seqmental və sadəcə əllərdə, üzdə göz, burun, qulaq boşluqlarında yayılması akrofasial vitiligo adlanır.
Mayo Clinic deyir ki, qasıqda, qoltuqaltında və göbək ətrafında ağ nahiyələrin görünməsi də qeyri-adi deyil . Vitiliqonun yaranma səbəbləri nə ola bilər?
İmmun sistemin zəifləməsi, yəni otoimmun vəziyyətin yaranmasıyla, güclü günəş yanığı və kimyəvi maddə ilə təmas kimi hallar Vitiliqo xəstəliyinə yol açan səbəblər sırasındadır.
Əsas mənfi cəhəti isə insanlarda depressiya yaratması, stresli halların artması və sinir sistemi ilə bağlı problemlərin yaranmasıdır. Bu xəstəliyə keçirən insanlarla daha yaxından maraqlanmaq və onların özlərinə qapanmasının qarşısını almaq onların yaxınlarına veriləcək ən yaxşı tövsiyə olunardı.
Bu məqalədə aşağıdakı mənbələrdən istifadə edilmişdir.
コメント