top of page
Yazarın fotoğrafıRestabyl

Dəmrov

Dəmrov hər 10 insandan 3-də rast gəlinən, səpgi və qaşınma ilə xarakterizə olunan bir sıra dəri xəstəlikləri qrupudur. İmmunitetin zəifləməsi,stress,irsi meyillilik,infeksion xəstəlikləri,fiziki və emosional gərginlik dəmrovun inkişaf ehtimalını artırır. İmmunitetin zəifləməsi,stress,irsi meyillilik,infeksion xəstəlikləri,fiziki və emosional gərginlik dəmrovun inkişaf ehtimalını artırır. Törədicinin növündən, səpgilərin tipindən, yoluxuculuğundan asılı olaraq, xəstəliyin bir neçə forması ayırd edilir: Sulu dəmrov, saçqıran dəmrov, əlvan dəmrov, çəhrayı dəmrov, pullu dəmrov, kəmərləyici dəmrov. Bunlardan ən geniş yayılmışı isə kəmərləyici dəmrov və pullu dəmrovdur. Kəmərləyici dəmrovun müalicəsi uzun müddət çəkir.



Bu xəstəlik sinir boyunca yerləşdiyindən, sinirin iltihabı gedir. Buna görə də yaşlı insanlar müalicəyə daha çox vaxt sərf edirlər. Kəmərləyici dəmrov yaxın təmasdan ikinci bir insana keçə bilər. Yan-yana yaraların düzülməsi yarandığı yerdə kəskin ağrıların baş qaldırmasına da səbəb olur. Kəmərləyici dəmrova yoluxanlar şəxsi əşyalarını ayırmalı, mümkün qədər insanlarla görüşərkən dəmrovlu dərisini toxundurmamalı, sudan qorumalı və günəşə çıxmamalıdır. Pullu dəmrova yoluxanlar da sudan uzaq durmalıdırlar. Çünki su dəmrov pulcuqlarının daha da yayılması üçün əlverişli şərait yaradır, sağalmanı çətinləşdirir.

Xüsusən kəmərləyici dəmrov virusunu oyandırıb aktivləşdirən səbəb tam bəlli deyil. Bədənin infeksiyalarla mübarizə aparmasını təmin edən immunitet sistemindəki bir gücsüzlük virusun çoxalmasına və sinir boyunca dəridə yayılmasına səbəb olur. Uşaqlarda da bu xəstəlik görülə bilir, yaş etibari ilə 50-60 yaş arası insanlarda daha çox müşahidə olunur. Kəmərləyici dəmrov ən çox bədənin kürək, sinə, boyun, bel, qarın, üz, baş bölgələrində ortaya çıxan şiddətli ağrılara səbəb olan bir xəstəlikdir. Müalicə olmayan insanlar sonradan dəmrovun fəsadları ilə qarşılaşa bilərlər. Bu fəsadlar insan sağlamlığı üçün çox ciddi problemləri də üzə çıxara bilər. Məhz buna görə vaxtında xəstəlik dermatoloq tərəfindən qiymətləndirilməli və müalicəyə başlanılmalıdır.

32 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Comments


bottom of page