Bir çox insanın rast gəldiyi bel ağrıları, əslində bel yırtığı və ya bu vəziyyətin başlanğıcı ilə əlaqəli ola bilər.
Onurğamızdakı çoxlu sayda sümüyün arasında onurğanı elastik edən dairəvi disklər var. Bu disklər yerindən çıxdıqda bel yırtığı əmələ gəlir və sinirlərə təzyiq edərək güclü ağrılara səbəb olur. Əsasən onurğanın aşağı hissələrində meydana gələn bu disk sürüşmələri nadir hallarda onurğanın digər hissələrində də ola bilər.
Bel yırtığı zamanı bədənin müxtəlif hissələrində ağrı və sancılar meydana gəldiyindən, əvvəlki kimi asanlıqla hərəkət edə bilməniz zəifləyir və bu vəziyyət yerişinizdə öz əksini tapır. Hərəkətdən uzaq bir həyat yaşayırsınızsa, bel yırtığı riski ilə qarşılaşa bilərsiniz. Bədəninizin yükünü təkcə onurğanız daşımır, əzələlər və boyun bölgəsi də vacibdir. Hərəkət etməmək, onurğaya çox güc düşməsinə gətirib çıxarır. Bel yırtığı ümumiyyətlə özünü budlara, ayaqlara yayılan ağrı ilə göstərir.
Stulda, kresloda oturan zaman nə çox arxaya, nə də çox irəli əyilməməli, onurğa sütununu bacardığı qədər dik tutmalıdır,artıq çəki problemi varsa kilolardan xilas olmalıdır. Xəstəliyin səbəbi dəqiq bilinmir, ancaq ailəvi (qismən irsi) və fəaliyyətlə əlaqəli risk faktorları olduğu düşünülür. Bu xəstəliyin müalicəsi üçün tövsiyə olunan əsas metod, müntəzəm məşqlər və bel bölgələrini gücləndirən fəaliyyətlərdir. Bel ağrılarınız artarsa, əzələ boşaldıcı kremlərdən və ağrı kəsicilərdən istifadə edə bilərsiniz. Ağrı daha güclüdürsə, həkimə müraciət etməyiniz məsləhət görülür.
Comments