Babasil nədir? Babasil, düz bağırsağın içərisində və xaricində meydana gələn şişmiş və genişlənmiş damarlardır. Onlar ağrılı və narahat edici olmaqla yanaşı, rektal qanaxmaya səbəb ola bilər. Babasil xəstəliyinə, yaşlandıqca daha çox rast gəlinir, demək olar ki, 50 yaşdan yuxarı insanların yarısından çoxuna təsir edir. Babasilin yaranmasına səbəb olan risk faktorlarına:
• Artıq çəki
• Hamiləlik
• Qəbzlik
• Ağır əşyalar qaldırmaq
• Tualetdə oturaraq çox vaxt keçirmək
• Spirtli içki qəbulu
• Oturaq işi olan insanlar və s. daxildir.
İki növ babasil var: düz bağırsağın aşağı hissəsində meydana gələn daxili babasil və anus ətrafında dərinin altında inkişaf edən xarici babasil.
• Xarici babasil ən narahatıdır, çünki üst dəri qıcıqlanır və eroziyaya məruz qalır. Xarici babasil, içərisində qan laxtası əmələ gəlirsə, ağrı ani və kəskin ola bilər.
• Daxili düyünlər anal nahiyədən xaricə çıxmadıqda gözlə görünmür. Həmin nahiyədə, sinirlər az olduğundan xəstəliyin erkən mərhələsi üçün ağrı sindromu xarakterik deyil.
Kəskinləşmə dövrlərində xəstəlik böyük narahatlıq yaradır və gündəlik iş rejiminə əhəmiyyətli dərəcədə təsir göstərir. Bundan əlavə, xəstəlik bir sıra ciddi fəsadlara səbəb ola bilər. Babasilin təhlükəli nəticələri bağırsağın polipləri və bədxassəli şişləridir. Bağırsaq hərəkətləri zamanı, ağrı və qanaxma polip və ya xərçəng kimi rektal patologiyaların təzahürü ola bilər. Babasil xəstəliyini, bir çox xəstəliklər kimi, xəstəliyin ilkin mərhələlərində müalicə etmək daha asandır, əks halda xəstə cərrahi müdaxilə və uzun bir müalicə kursu ilə qarşılaşacaq. Babasilə qarşı vaxtında heç bir tədbir görülməzsə, xəstəlik xroniki və kəskin anal fissura, anemiya, rektal çat, tromboz, düz bağırsaq ətrafındakı xoralar kimi xəstəliklərin yaranması ilə müşayiət oluna bilər. Bunun üçün də, babasildən əziyyət çəkirsinizsə, cərraha müraciət etməyiniz vacibdir.
تعليقات