top of page
Yazarın fotoğrafıRestabyl

Appendisit

Appendisit appendiks çıxıntısının iltihabıdır. Apendiks qarın boşluğunun aşağı sağ tərəfindəki yoğun bağırsaqdan çıxan barmaq şəkilli çıxıntıdır.

Adətən qarnınızın ortasında gəlib keçə bilən ağrı ilə başlayır. Bir neçə saat ərzində baş verən ağrı, getdikcə şiddətli ola bilir. Bu halda, həmin nahiyəyə basmaq, öskürmək və ya yerimək ağrını daha da gücləndirə bilər.

Appendiks çıxıntısı yırtılmış və daxili möhtəviyyatı qarın boşluğuna dağılmış olarsa, qarın boşluğunun ciddi infeksiyası olan peritonitə səbəb ola bilər.



Əgər sizdə appendisit varsa bu simptomlarla rastlaşa bilərsiniz:


· ürəkbulanma

· yüksək hərarət

· halsızlıq

· iştahsızlıq

· qəbizlik və ya ishal


Appendisitin ağrısı asanlıqla başqa bir ağrıyla qarışdırıla bilər, məsələn:


· Qastroenterit - ishal və qusmaya səbəb olan mədə xəstəliyi


· Sidik kisəsi və ya sidik yollarının infeksiyaları


· Kron xəstəliyi


· Pelvik infeksiya



Qadınlarda appendisitə bənzər simptomlar bəzən, uşaqlıqdankənar hamiləlik, menstrual ağrı və ya pelvik iltihab xəstəliyi (PID) kimi ginekoloji səbəblərdən də ola bilər.


Appendisitin müalicəsi, adətən antibiotiklərlə və ya appendiks çıxıntısının cərrahi yolla çıxarılması yolu (appendiktomiya) ilə həyata keçirilir.

Əgər qəflətən güclənən və qarnınıza yayılan ağrılarınız varsa, ağrılarınız müvəqqəti olaraq yaxşılaşsa belə və yenidən güclənirsə təcili tibbi yardıma müraciət etməlisiniz.

5 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Comments


bottom of page