top of page
Yazarın fotoğrafıRestabyl

ChatGPT yoxsa ABŞ-ın 17 həkimi?

Güncelleme tarihi: 12 Eki 2023


ChatGPT 3 il ərzində 17 həkim tərəfindən müayinə olunan dörd yaşlı uşağın xroniki xəstəliyinə düzgün diaqnoz qoyub. Bu diaqnoz sonradan digər həkimlər tərəfindən də təsdiqlənib.Amerika həkimlərinin yoxsa süni intellektin diaqnozu düzgündür?

Amerikanın Miçiqan vilayətində yaşayan 4 yaşlı Aleks adlı oğlan 3 il müddətində şiddətli xroniki ağrılardan və böyüməsində olan ləngimədən əziyyət çəkirdi. Aleks bir müddət sonra maraqlı əşyaları dişləməyə başlamışdı. Lakin, diş həkimləri və ortodonistlər Aleksə heç bir diaqnoz qoya bilməmişdilər.



Aleksdə yaranan ağrıların səbəbini aydınlaşdırmaq üçün valideynləri onu 17 həkimə müayinə etdirmişdilər. Ancaq, heç bir həkim düzgün diaqnoz qoya bilməmişdi. Aleksin anası Kortni qeyd edib: “Bütün həkimlər sadəcə öz sahəsi üzrə mütəxəssisdirlər və problemi sadəcə öz sahələri üzrə həll etməyə çalışırlar.

Aleksin ailəsi problemi həll etmək üçün ona Motrin adlı ağrıkəsici vermiş, amma nəticədə Aleks bir çox əks təsirə məruz qalmış və dərmanın təsiri keçdikdən sonra ağrıları daha da güclənmişdir.



Bir gün Kortni Aleksin MRT nəticələrini, davranışlarını və digər simptomlarını süni intellektin bir növü olan ChatGPT-də dəqiq və qısa şəkildə qeyd edib və süni intellekt saniyələr içində 4 yaşlı Aleksə “spina bifida” xəstəliyi diaqnozunu qoyub. Korti xəstəliyi araşdırıb və simptomların Aleksin xəstəliyinə uyğun olduğu məntiqinə vararaq bu məlumatı həkimlərlə paylaşıb, həkimlər bu diaqnozun doğru olduğunu qeyd ediblər.


Aleksin anası bildirir ki, həkimlər oğluna beyincik prolapsiyası olan Chiari sindromu diaqnozu qoyub, lakin bu diaqnoz da doğru olmayıb.

Amerika Nevroloji Cərrahlar Assosiasiyası “spina bifida” xəstəliyi ilə bağlı bildirir; “Bu xəstəlik onurğa beynindəki toxumanın onurğa beyninin hərəkətini məhdudlaşdırması və anormal şəkildə uzanmasına səbəb olan birləşmələr əmələ gətirməsi zamanı müşahidə olunur. Bu ana bətnində dölün onurğa beyninin tam inkişaf etməməsinin nəticəsidir.


Bu hadisədən sonra Aleksin müalicəsinə başlayan Miçiqan Baş və Onurğa İnstitutunun uşaq neyrocərahı Dr.Holli Gilmer qeyd edib: “Spina bifida xəstəliyinin yaranması zamanı, normalda bətndaxili inkişaf dönəmində ilik onurğa beyni əmələ gəlir və sümük çıxıntıları qövsvari birləşərək onun üzərini örtür. Amma, bətndaxili dönəmdə hər hansı bir zərərli amilin təsirindən və ya hər hansı bir genetik xəstəlik nəticəsində bu sümük inkişaf etmədiyinə görə qövsvari bağlantı əmələ gəlmir və bu nahiyə açıq qalır. Həmçinin, sümüklərin üzərini örtən dəri də açıq qaldığı üçün, bu nahiyədə kisə şəklində genişlənmələr əmələ gəlir.



Normalda spina bifida xəstəliyi ilə doğulan uşaqlarda onurğada açıq nahiyə olur, amma bu Aleksdə bağlı idi, yən gizli təbiətə malik idi. Həkimlər doğum ləkəsinə bənzər hissəni ciddiyə almamış və bu araşdırılmamışdı. Lakin, süni intellekt simptomlara əsasən xəstəliyin gizli olduğu diaqnozunu belə qoya bilmişdi.


Harvard Universitetinin Epidemiologiya professoru Endryu Beam deyir ki, ChatGPT internetdə mövcud olan mətn məlumatlarına əsaslanaraq bir cümlə və ya sözlər silsiləsində "növbəti sözü proqnozlaşdırmaqla" işləyir. ChatGPT-də 2021-ci ilə qədər məlumatlar toplanmışdır. Belə ki, bu proqram daxil edilən mətnə uyğun olaraq məlumat vermək üçün əlindən gələni edəcək. Yəni, ChatGPT bir növ "super güclü tibbi axtarış sistemidir”. Pr.Beam əlavə edib ki, ChatGPT çətin diaqnoz qoyulan, mürəkkəb şərtləri olan xəstələr üçün çox faydalı ola bilər.


Bu məqalədə aşağıdakı mənbələrdən istifadə edilmişdir.






31 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Comments


bottom of page