Alkoqol, asılılıq yaradan xüsusiyyətlərə malik zəhərli və psixoaktiv maddədir.
Bir çoxumuz istirahət etmək və ictimailəşmək üçün spirtli içki qəbul edirik. Lakin, həddindən artıq spirtli içki qəbulu fiziki və zehni sağlamlığınıza , hərəkətlərinizə və qərar qəbul etmənizə mənfi təsir göstərə bilər.
Alkoqol qəbulu hər il dünyada 3 milyon insanın ölümünə, eləcə də milyonlarla insanın əlilliyinə və sağlamlığının pisləşməsinə səbəb olur. Uzun müddət və həddindən artıq spirt istifadəsi beynin fəaliyyətinə mane ola bilər. Beynin müxtəlif bölgələrinin, xüsusən də beyincik, limbik sistem və beyin qabığının zədələnməsi baş verə bilər. Məsələn, beyincik bədəninizin motor bacarıqlarını idarə edir. Alkoqol beynin bu sahəsinə təsir etdikdə, siz balans itkisi, həmçinin yaddaş və emosional reaksiya problemləri ilə qarşılaşacaqsınız.
![](https://static.wixstatic.com/media/966cf1_8d3261530ef542bf97f1a3d23c2fc7b3~mv2.jpg/v1/fill/w_640,h_400,al_c,q_80,enc_auto/966cf1_8d3261530ef542bf97f1a3d23c2fc7b3~mv2.jpg)
Həddindən artıq içməyin uzunmüddətli nəticələrinə kardiomiopatiya, insult və qəfil ürək ölümü, potensial həyati təhlükəsi olan qaraciyər problemləri riski, mədəaltı vəzinin ətrafındakı qan damarlarının şişməsinə və pankreatitə səbəb ola bilər. Bu, sürətlə yayılan və çox təhlükəli bir xərçəng növü olan mədəaltı vəzi xərçəngi inkişaf riskinizi xeyli artırır.
![](https://static.wixstatic.com/media/966cf1_8820c02054934959b6adc3f3f51c7312~mv2.png/v1/fill/w_980,h_262,al_c,q_85,usm_0.66_1.00_0.01,enc_auto/966cf1_8820c02054934959b6adc3f3f51c7312~mv2.png)
Əgər insan həddindən artıq içki qəbul edibsə, huşsuz və ya yarı huşsuzdursa, tənəffüsü yavaş, dərisi rütubətlidirsə və spirtli içkinin kəskin qoxusu varsa, alkoqol zəhərlənməsi ola bilər. Bunlarla yanaşı alkaqoldan istifadə zamanı yaranan sağlamlıq risklərinə:
yüksək qan təzyiqi;
qaraciyər xərçəngi;
ağız xərçəngi;
baş və boyun xərçəngi;
depressiya, sonsuzluq və s. daxildir.
Bədəninizdəki hər bir orqan spirtli içkinin təsirini hiss edə bilsə də, bəziləri spirtə qarşı daha həssasdır. İndi və gələcəkdə sağlamlıq problemlərinin qarşısını almağın ən yaxşı yolu peşəkar müalicə proqramının köməyi ilə içkidən imtina etməkdir.
Comments