Qızdırma bədən istiliyinin normal temperaturdan yüksək olmasıdır. Bu, bədənin immunitet sisteminin ümumi reaksiyasının bir hissəsidir. Qızdırma adətən infeksiya nəticəsində yaranır bəzən isə hər hansı bir xəstəliyin əlaməti ola bilər. Bədən istiliyi insandan insana və günün müxtəlif vaxtlarında bir qədər dəyişir.39° istilik norma sayılır, ciddi fəsadları olmur. 40° olduqda isə müdaxilə etmək vacibdir əks halda ciddi fəsadları ola bilər. Yüksək hərarət bəzən ağırlaşmalara səbəb olur. Qızdırmanın səbəbindən asılı olaraq, qızdırma əlamətlərinə:
- Bədəndə istilik
- Tərləmə
- Üşümə və titrəmə
- Baş ağrısı
- Əzələ ağrıları
- İştahsızlıq
- Susuzluq və s. daxildir.
Çox yüksək hərarətlə siz adətən yataqda qalmaq və ya hərəkətsiz olmaq istəyəcəksiniz. Həmçinin, gündəlik fəaliyyətləri həyata keçirmək üçün özünüzü kifayət qədər yaxşı hiss etməyə bilər, iştahınızı itirmiş ola bilərsiniz. Bunlara:
-Bakterial infeksiyalar
-Virus infeksiyaları
-Mədə bağırsaq infeksiyaları
-Sidik yollarının infeksiyaları
-Peyvəndlər
-Autoimmün pozğunluqlar və s. daxildir.
Temperatur adətən rəqəmsal termometr ilə ölçülür. Tərkibində civə olan şüşə termometrlər artıq tövsiyə edilmir, çünki şüşə qırıla bilər və içərisindəki civə sürətli şəkildə ətrafa yayıla bilər. Bu da, insanların sağlamlığına zərər yetirə bilər. Qızdırmanın səbəbi onun nə qədər davam edəcəyini müəyyən edir. Qızdırma 2-3 gün ərzində keçmirsə, tənəffüs dəyişiklikləri ilə müşayiət olunursa, həkimə müraciət etməklə daha çox fəsadların qarşısını ala bilərsiniz.
Comments